...

Nursultan Nazarbayev Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 2 Mart 2018 19:39 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Nursultan Nazarbayev Prezident İlham Əliyevə başsağlığı verib

Bakı. Trend:

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu. Bakı şəhərində yanğın nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbəri dərin hüznlə qarşıladım.

Qardaş Azərbaycan xalqının dərdinə şərik olduğumu bildirir, həlak olanların doğmalarına və yaxınlarına öz adımdan və Qazaxıstan xalqı adından başsağlığı verirəm.

Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti