...

Arye Qut: Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır

Siyasət Materials 4 Aprel 2018 12:13 (UTC +04:00)
Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır.
Arye Qut: Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır

Bakı. Ləman Zeynalova - Trend:

“Xocalı soyqırımının günahkarları Ermənistanın rəhbərliyindədir və hələ də azadlıqdadır”.

Trend-in məlumatına görə, bunu “Vestnik Kavkaza” nəşrinə müsahibədə beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

O deyib: “Mən həmişə “Jerusalem Post” qəzetində yazıram ki, Xocalı faciəsinin Avropadakı yəhudilərin faciəsindən fərqi ondadır ki, Holokostun baiskarlarının böyük hissəsi Nürnberq prosesindən sonra cəzalandırıldı. Mühakimə olunmayanlar isə İsrail kəşfiyyatı sayəsində cəzalandırılıb. Xocalı ilə bağlı vəziyyət fərqlidir. Bu gün Ermənistanın rəhbərliyində olan günahkarlar azadlıqda qalır və onlarda heç biri cəzasını almayıb. Bu, dəhşətlidir. Cinayətkarlar cəzalarını almalıdır. Təəssüf ki, beynəlxalq münasibətlərdəki ikili standartlar buna imkan vermir”.

A.Qut qeyd edib ki, İsraildə Xocalı faciəsi barədə bəhs olunan tədbirlər, “dəyirmi masalar” keçirilir:

“Heydər Əliyev Fondu bu məsələdə bizə çox kömək göstərir. 2013-cü ildə biz “Xocalı ili” keçirdik. “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində “Justice for Khojaly” fotosərgisi baş tutdu. Biz, Azərbaycandan gələnlər, bu faciəni öz gözümüzlə görmüşük. Ən dəhşətlisi odur ki, günahsız insanlar əziyyət çəkir. Yalnız azərbaycanlı olduqları üçün öldürülən uşaqlar, qocaların günahı nə idi?”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti