...

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Siyasət Materials 7 May 2018 12:58 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar mayın 7-də Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar mayın 7-də Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.

Komitədən Trend-ə verilən məlumata görə, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti