...

Prezident Administrasiyası: Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir

Siyasət Materials 28 May 2018 12:15 (UTC +04:00)
Türkiyə qardaş Azərbaycanın bütün uğurları ilə fəxr edir.
Prezident Administrasiyası: Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə qardaş Azərbaycanın bütün uğurları ilə fəxr edir.

Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yüksək səviyyədədir və regional əməkdaşlığa nümunədir:

"Bu gün Xalq Cümhuriyyətinin 100-cü ildönümünü qeyd edən Azərbaycan Türkiyə üçün ən etibarlı müttəfiq və tərəfdaşlardan biridir".

Həmçinin bildirilib ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti