Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Meksikada təntənəli şəkildə qeyd edilib

Mexiko şəhərinin Meksika Hərbi Dəniz Qüvvələri Klubunun ən böyük zalında Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş təntənəli qəbul və konsert keçirilmişdir.

Tədbirdə Meksika Federal Hökumətinin nümayəndələri, senator və deputatlar ofislərinin rəhbər və təmsilçiləri, mədəniyyət və dini xadimləri, işgüzar, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, diplomatik korpusun çoxsaylı nümayəndələri, Meksikada Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Meksikadakı Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov Şərqin ilk demokratiyası olan Azərbaycan Xalq Cümhüriyyətinin (AXC) yaranmasının xalqımız üçün və ümumiyyətlə dünya tarixində önəmli bir hadisə olduğunu dedi. O bildirdi ki, Azərbaycan xalqının hələ yüz il öncə mütərəqqi və qabaqcıl düşüncə nümayiş etdirərək müstəqil, demokratik və dünyəvi dövlət qurduğu, bütün vətəndaşları, o cümlədən qadınların, bərabər hüquqlarını təmin etdiyini vurğuladı. Diplomat AXC-nin ilk günlərindən üzləşdiyi olduqca çətin maneələrə baxmayaraq qısa zaman ərzində dövlət quruculuğu, demokratik institutlarının yaradılması, beynəlxalq münasibətlərin qurulması, təhsil və digər sahələrdə gözəçarpan nailiyyətlər əldə etdiyini dedi.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Vətənimizin AXC kimi Ermənistan təcavüzü, geosiyasi oyunlar və mürəkkəb social-iqtisadi vəziyyətlə üzləşdiyinə baxmayaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ardıcıl, uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan Respublikasının yenidən güdrətlənib çiçəkləndiyini vurğuladı.

Bu gün müstəqil və demokratik Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu idarəçiliyi nəticəsində ölkənin bütün sahələrdə inkişaf etdiyi və dünyada öz yüksək layiqli yerini tutduğunu dedi. Ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycan Qlobal İqtisadi Forum tərəfindən dünyada 35 ən rəqabətli iqtisadiyyatlar sırasına daxil edildiyini diqqətə çatdırdı.

Azərbaycanın təşəbbüsü ilə qlobal miqyaslı iqtisadi layihələrin uğurla reallığa çevrildiyinə toxunan nümayəndəmiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətləri və Bakı-Tbilisi-Qars dəmir yolu barədə, həmçinin artıq Azərbaycan Respublikası Prezidenti tərəfindən açıq elan edilmiş Cənubi Qaz Dəhlizi layihəsi barədə danışdı, onların regionun enerji və nəqliyyat xəritəsini dəyişdirdiyini bildirdi.

Ölkəmizin müxtəlif mədəniyyət və dinlərin bir yerdə yüzillərdə heç bir ayrıseçkiliyə məruz qalmadan yaşamasını qeyd edən diplomat ölkə rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqəti nəticəsində ölkəmizin multikulturalizm və mədəniyyətlər arası dialoqun dünya miqyaslı mərkəzlərindən birinə çevrildiyini deyib.

Azərbaycan ilə Meksika arasında münasibətlərə toxunan diplomat onların daim dostluq və əməkdaşlıq ruhunda olduğunu iki ölkənin Səfirliklərinin müvafiq olaraq Bakı və Mexikoda fəaliyyət göstərdiyini qeyd etdi. Hər iki ölkənin regionlarında bütün sahələrdə mühüm rol oynadıqlarını bildirərək neft və qaz, ticarət, turizm, mədəniyyət və s. sahələrdə əməkdaşlığı qeyd etdi. O, Meksika istehsalçılarının ticarət missiyasının bu il Bakıya səfərini, hər iki ölkədə Azərbaycan və Meksikanın zəngin mədəniyyətlərinin təqdim edilməsi məqsədilə bir sıra tədbirlərin keçirildiyini qeyd etdi, ölkələr arasında müqavilə-hüquq bazasının tədricən genişləndiyini bildirdi.

Meksika Xarici Əlaqələr Katibliyi (XƏK - Xarici İşlər Nazirliyi) və xarici işlər naziri Luis Videqaray Kaso adından tədbirdə çıxış edən XƏK-in Avropa Baş idarəsinin rəis müavini Alexandro Masias Orteqa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti və xalqımızın o mürəkkəb dövrdə bu tarixi nailiyyəti ilə əlaqədar təbriklərini çatdırdı.

Ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə davam etdiyini qeyd edən Meksika rəsmisi eyni zamanda ölkəmizin Mexikodakı Səfirliyinin fəallığını qeyd edərək Azərbaycan tərəfinə təşəkkürünü bildirdi. Meksikanın hazırkı Administrasiyasının məhz Azərbaycanın nəinki Qafqaz regionu, həm də Avropa və Asiyada böyük nüfuzunu nəzərə alaraq Bakıda Səfirliyin açılması qərarını verdiyini xatırlatdı.

Bundan sonra Meksika Deputatlar palatasının üzvü, Meksika-Azərbaycan Dostluq qrupunun sədri Alfredo Anaya Orozkonun ofis rəhbəri onun və bütün dostluq qrupu üzvü olan deputatların adından bəyanat səsləndirdi.

Azərbaycan Respublikası Hökuməti və xalqına bu əlamətdar tarixlə bağlı səmimi təbriklərini ifadə edərək, Meksika-Azərbaycan Dostluq Qrupu üzvü olaraq ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və inkişafı məqsədilə səylərini davam edəcəkləri qeyd olundu.

Azərbaycan Respublikasının bütün sahələrdə sürətli inkişafı, İslam dünyasında nümayiş etdirdiyi nümunə, həmçinin ölkəmizin zəngin tarix və mədəniyyəti, ölkədə işsizliyin səviyyəsi və cinayətlərin sayının Şərqi Avropa və MDB regionu ölkələri ilə münasibətdə olduqca aşağı olduğunu meksikalılar tərəfindən təqdirlə müşahidə edildiyi bildirildi.

Bu il həmçinin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü olduğunu qeyd edərək bu zaman ərzində ölkələrimiz arasında iqtisadi-ticarət, təhsil, tələbə mübadiləsi, mədəniyyət və turizm sahələrində həm icra hakimiyyəti həm də qanunvericilik orqanları arasında əməkdaşlıq qeyd edildi.

Meksikada yaşayan azərbaycanlıların və Azərbaycan Respublikası Hökumətinin Meksikanın federal deputatları simasında dost və müttəfiqlərinin olması vurğulandı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bir daha təbrik və qardaş Azərbaycan xalqına sülh və rifah arzu edildi.

Bundan sonra meksikalılardan ibarət yerli “İpək Yolu” Rəqs Qrupu tərəfindən Azərbaycan milli rəqsləri çoxsaylı qonaqların diqqətinə təqdim edildi.

Tədbirdə həmçinin “Toluka Virtuozları” musiqi ansamblı ifasında məşhur Azərbaycan bəstəkarları, o cümlədən bu il anadan olmasının 100 illiyi qeyd olunan Qara Qarayev, Üzeyir Hacıbəyov, Fikrət Əmirov və başqalarının, habelə Meksika bəstəkarlarının klassik əsərləri səsləndirildi.

Qeyd edək ki, “Toluka Virtuozları” musiqi ansamblının Azərbaycanlı üzvləri, Mexiko Milli Musiqi Konservatoriyasının professoru Spartak Babayev, Çinqiz Məmmədov və Yuliya Perşina Meksikanın ən tanınmış simfonik orkestri olan Mexiko Ştatının orkestri üzvləridir.

Bundan sonra Meksikalı müğənni Elia Anel musiqisi Üzeyir Hacıbəyovun, sözlərinin isə Əhməd Cavadın olan “Çırpınırdı Qara Dəniz” mahnısını ifa etdi.

Tədbirin qonaqlarına Azərbaycan milli mətbəxinin ləziz təamlarından “Dolma”, “Ləvəngi”, “Səbzi Plov”, “Qutab”, “Kükü”, şirniyyatlardan “Şəkərbura” və “Paxlava”-dan ibarət süfrə təqdim olunub, ölkəmiz haqqında videomateriallar nümayiş etdirilib, materiallar paylanılıb.

Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Loading Bars
Xəbər lenti
Fransa bu qətnamə ilə çirkin məqsədlərini həyata keçirməyə cəhd edir - Deputat
Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilir (FOTO)
Türkiyə XİN Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yayıb
Qarabağ və ətraf rayonların elektrik enerjisi ilə təchizatı yaxşılaşır
Torpaqlarımızın işğaldan azad edilməsində iştirak edə bilməsəm də, bərpasında iştirak etmək istərdim - Usta ilə söhbət
Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz - Vitse-spiker
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi dəfələrlə artıb
Kəlbəcərin səhiyyə statistikası açıqlanıb
Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Ermənistanda koronavirusa yoluxanların sayı 130 mini keçib
Kapital Bank filiallarında “ASAN İmza” almaq mümkün oldu
Böyük Qələbənin sonsuz sevinci
Yerevanda etirazçılar parlamentin qarşısına toplaşıb
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır
Karantin qaydalarını pozan idman zalından qadağan olunmuş dərman həbləri aşkarlandı
Kaspersky təqib proqramları ilə mübarizə üçün yeni alət hazırlayıb
Milli Məclis Fransa Senatında qəbul edilmiş qərarla bağlı bəyanat verəcək
Dekabrın 1-ə qədər Laçın Azərbaycana təhvil veriləcək - Sahibə Qafarova
Milli Məclisin növbəti iclası öz işinə başlayıb
Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək
Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib
Şamaxıda yaşayış yerini tərk edən 4 koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Azərbaycan həm öz ərazi bütövlüyünü bərpa edir, həm də bəşəriyyətin ortaq dəyərlərini məhv olmaqdan xilas edir - Könül Nurullayeva
İllərlə həsrətində olduğumuz arzular sürətlə gerçəkləşir...- Kamaləddin Qafarov
Kəlbəcəri mərkəzi büdcədən asılı olmayan azsaylı rayonlardan birinə çevirə bilərik - Ekspert
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini gücləndirib (FOTO)
Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, sadə həqiqəti dəyişə bilməz: Qarabağ Azərbaycandır - Baş konsul
Bakı sakini küçədə qətlə yetirildi
Mərkəzi Gömrük Hospitalı koronavirus xəstələrinə görə pasient qəbulunu dayandırdı
Milli Məclisin gündəliyinə dəyişiklik edilib (ƏLAVƏ OLUNUB)
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər - Baş infeksionistdən əhaliyə müraciət
Şuşadan sonra 70-dən çox kəndin azad edilməsi ilə Ermənistan diz çökdü – Politoloq
Noyabrın 26-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb
Ermənilər təkcə xalqımıza qarşı deyil, dini abidələrimizə qarşı da soyqırım törədiblər
Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir
İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq? - RƏSMİ
Bakıda fərdi ev yanıb
Bayden cari əsrin "amerikan yüzilliyi" olmağına əmindir
Polşa "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafını dəstəkləyəcək - Səfir
Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır
Braziliyada "Boeing 737-8 MAX" təyyarəsinin istifadəsi bərpa edilir
Filipo Qrandi daha 2.5 il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edildi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Çempionlar Liqasında "Bavariya" "Zalsburqa" qalib gəldi və play-off mərhələsinə keçdi
Moskvada koronavirusdan ölənlərin sayı 8 600 nəfəri ötüb
"Mançester Siti" "Olimpiakos"u məğlub edərək 1/8 finala yüksəldi
Qətər əmiri Türkiyəyə səfər edəcək
Ankara Cənubi Qafqazda sülh və sabitlik naminə səylərini davam etdirəcək
Cəbhəboyu ərazilərdə xeyli sayda partlamamış mina və sursat aşkarlanıb
Hikmət Hacıyev: Fransa Senatının bu qətnaməsi Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil
Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü yayılıb (FOTO/VIDEO)
Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN
Əsgərin sevdiyi qızın anasına müraciəti (VİDEO)
Qələbəyə bir gün qalmış və ya İnqilabın Qəmzəsi... - Şəhidlə olmayan müsahibə (VİDEO)
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb (FOTO/VİDEO)
“Equinor” “Qarabağ” və “Əşrəfi-Dan ulduzu-Aypara” layihələrinin statusu barədə (FOTO)
Dieqo Maradona vəfat edib
Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək
Bank Respublika “Faydalı Cümə” kampaniyasına start verir
22 obyektdə epidemiya əleyhinə rejim pozulub - İqtisadiyyat Nazirliyi
Fransanın hazırkı hakimiyyəti əsl mahiyyətini göstərməyə davam edir - Tamam Cəfərova
Azərbaycanda Türkiyənin birinci Ticarət evi açılacaq
Azərbaycan Ordusu düşməni BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasına məcbur etdi - Adil Əliyev
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib
Bakıda qəza: Yolda sıxlıq var
Heç kim həqiqəti ermənilərə anlatmaq gücündə deyil - Deputat
Baş Prokurorluğun Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığı uğurla davam etdirilir (FOTO)
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb
Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli adlandırılması təsdiqləndi
Azərbaycan universitetlərinin livanlı məzunları Prezident İlham Əliyevi təbrik ediblər
Azərbaycanda 3 469 nəfər COVID-19-a yoluxub, 1 229 nəfər sağalıb, 30 nəfər vəfat edib
Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları Prezident İlham Əliyevə məktub ünvanlayıb
Azərbaycanın siyasi partiyaları Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı bəyanat yayıblar
DYP texniki baxışla bağlı sürücülərə müraciət edib
27 il 7 aydan sonra Kəlbəcərimiz vandal, quldur düşmənlərimizdən təmizləndi - Cavid Qurbanov
Azərbaycan enerji sektorunda bazar islahatları üzrə seminar keçirilib (FOTO)
Tərtər rayonunun Şıxarx qəsəbəsində qaz xətlərinin təmirinə başlanıldı (FOTO)
Dünya ictimaiyyəti Ermənistanın tarixi və dini abidələrimizin məhvinə yönəlmiş terror siyasətini kəskin şəkildə pisləməlidir - Vüqar Rəhimzadə
Fransa Senatının Rəyasətində qəbul edilən qətnamə layihəsi Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlikdir - Rauf Əliyev
Gəncədə evdən kişi meyiti tapılıb
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək (FOTO)
Bakı Dövlət Universitetinin dekanı COVİD-19-dan ölüb
Şuşada 27 ildən sonra ilk taksimiz (VİDEO)
Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO reyestrinə daxil ediləcək
Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib
Sosial Xidmətlər Agentliyi postmüharibə dövrü üçün psixoloji dəstək tədbirlərinə başlayıb
Noyabrın 26-da manatın dollara qarşı məzənnəsi
Azərbaycan İlahiyyat İnstitutunda psixoloqla tələbələrin onlayn görüşü keçirilib (FOTO)
Biləsuvarın sabiq icra başçısının həbs müddəti yenidən uzadıldı
Lənkəranda sitrus bağlarına qənim kəsilənlər saxlanılıb
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
Direktor vəzifəsinə işə qəbulla bağlı son 3 ilin nəticələri açıqlandı
Kəlbəcərdəki yataqların mövcud vəziyyətinin monitorinqi aparılacaq - Xidmət rəisi (ÖZƏL)
“Vətən müharibəsində möhtəşəm Qələbəyə görə sağ ol, Azərbaycan əsgəri!” devizi altında tədbirlər keçirilib (FOTO)
Abşeron, Binəqədi və Sabunçu rayonlarına içməli su məhdudiyyətlə veriləcək
Biləsuvarın sabiq icra başçısının məhkəməsi başlayıb
DOST Agentliyi ESSA mükafatçılarının finalçıları siyahısındadır
Bütün xəbərlər