...

Xorvatiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini münaqişənin dinc yolla həllinə mane ola biləcək istənilən addımdan uzaq durmağa çağırır

Siyasət Materials 25 İyun 2018 19:06 (UTC +04:00)
Xorvatiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəflərini münaqişənin dinc yolla həllinə mane ola biləcək istənilən addımdan uzaq durmağa çağırır
Xorvatiya Dağlıq Qarabağ münaqişəsinin tərəflərini münaqişənin dinc yolla həllinə mane ola biləcək istənilən addımdan uzaq durmağa çağırır

Bakı. Ləman Zeynalova - Trend:

Xorvatiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəflərini münaqişənin dinc yolla həllinə mane ola biləcək istənilən addımdan uzaq durmağa çağırır.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab verərkən Avropa Şurasının Nazirlər Komitəsinin sədri, Xorvatiyanın baş nazirinin müavini Mariya Peyçinoviç Buriç deyib.

Q.Paşayeva Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın çoxlu sayda tarix və mədəni abidələri məhv etdiyini deyib:

“Bu abidələr Azərbaycanla yanaşı dünya mədəniyyətinin də bir hissəsidir. Məndə dağıdılmış abidələrlə bağlı görüntülər var, sizə təqdim edə bilərəm. Nazirlər Komitəsi olaraq, Ermənistanın yeni rəhbərliyinin Sarkisyan rejiminin etdiyi vəhşilikləri etməməsi üçün nə edə bilərsiniz? Burada sizin dəstəyiniz lazımdır. Bu barədə Nazirlər Komitəsi hansı addımları ata bilər?”

M.Buriç cavab verib: “Mən tərəfləri münaqişənin dinc yolla həllinə mane ola biləcək istənilən addımdan uzaq durmağa çağırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti