...

Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yollanıb

Siyasət Materials 28 Oktyabr 2018 20:43 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb
Elmar Məmmədyarov Türkiyəyə işgüzar səfərə yollanıb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov İstanbulda keçiriləcək Türkiyə Respublikası, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti