...

Prezident İlham Əliyev: Bu gün imzalanan sənədlərlə Azərbaycan və Türkmənistanın nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik

Siyasət Materials 22 Noyabr 2018 21:05 (UTC +04:00)
Bu gün imzalanan sənədlərlə Azərbaycan və Türkmənistanın nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik.
Prezident İlham Əliyev: Bu gün imzalanan sənədlərlə Azərbaycan və Türkmənistanın nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik

Bakı. Trend:

Bu gün imzalanan sənədlərlə Azərbaycan və Türkmənistanın nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "Bu gün biz birgə səylərlə regionumuzda təhlükəsizliyə töhfə veririk. Biz Xəzər dənizi məsələsində fəal qarşılıqlı fəaliyyət göstəririk. Bilirsiniz ki, bu il Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb. Bizim ölkələrimiz bu Konvensiyanın imzalanmasına böyük töhfə verib. Biz Xəzər dənizinin ekoloji təhlükəsizliyi ilə məşğul oluruq. Biz hazırda mühüm və gələcəkdə də mühüm olacaq qitələrarası əhəmiyyətli məsələlər, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizinin möhkəmləndirilməsi ilə məşğuluq. Bu dəhliz uzun əsrlər mövcud olub. Bu dəhlizlə bizim əcdadlarımıza ünsiyyət qurmağa imkan vermiş karvanlar keçib. Böyük Tarixi İpək Yolu bizim ölkələrimizin ərazisindən keçib və təbii ki, bu gün biz fəal surətdə bu dəhlizin müasir infrastrukturunun yaradılması üçün əlavə səylər göstəririk. Mən artıq qeyd etmişəm ki, biz sanki razılaşmışdıq, amma əslində razılaşmamışdıq. Faktiki olaraq, eyni zamanda, Türkmənistan və Azərbaycan ərazisində möhkəm nəqliyyat potensialı yaratdıq. Bu gün isə imzalanan sənədlərlə biz bu nəqliyyat potensialını birləşdirdik, əlaqələndirdik. İmzalanan 20-dən çox sənədin əksəriyyəti birbaşa və ya dolayısı ilə nəqliyyat təhlükəsizliyi üzrə əməkdaşlıq məsələsinə aiddir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti