...

Azərbaycanlılar Tbilisidə aksiya keçirir – Avakyana büst qoyulması Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 8 Fevral 2019 16:06 (UTC +04:00)
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirir. Tbilisidə Mixal Avakyanın büstünün götürülməsi tələbi ilə aksiya keçirilib
Azərbaycanlılar Tbilisidə aksiya keçirir – Avakyana büst qoyulması Gürcüstanda qeyri-sabitlik yaratmağa yönəlib (FOTO) (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Tbilisidə parlament binası qarşısında Dağlıq Qarabağda döyüşmüş Mixail Avakyanın büstünün qoyulmasına etiraz olaraq aksiya keçirlib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 1000 nəfərə yaxın ölkədə yaşayan azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri aksiyada iştirak ediblər.

Aksiya iştirakçıları ölkədə separatçı bir şəxsin büstünün qoyulmasını pisləyərək bu halın yolverilməz olduğunu deyiblər.

Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və ya abidənin olmadığını qeyd ediblər. O da bildirilib ki, azərbaycanlılar tarix boyu Gürcüstan dövlətçiliyinə sadiq olublar.

Aksiyada Sevinc Hümbətova, Tapdıq Yolçuyev, Benyamin Qasımov, Əlibala Əsgərov, Əhməd İmamquliyev, Azər Süleyimanov, Simon Kopadze, Quram Marxuliya, və Tengiz Txelava, eləcə də digər şəxslər çıxış edərək, Azərbaycan və Gürcüstan dostluğundan danışıb və bu cür halların iki ölkə arasında təxribat yaratmaq məqsədi daşıdığını bildiriblər. Mixail Avakyana büst qoyulmasının Gürcüstanda qeyri-sabitlik yaratmağa yönələn bir addımın olduğu bildirilib və həmin abidənin götürülməsi ilə bağlı şüarlar səsləndirilib.

Onlar Gürcüstan hökumətini büstün götürülməsinə göstəriş verməyə çağırıblar. Təşkilatçılar aksiyanın sonunda bildiriblər ki, Mixail Avakyanın büstü götürülməyənə qədər etiraz aksiyaları davam etdiriləcək.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Axalkalaki rayonunun Buğaşen kəndində erməni terrorçu Mixal Avakyanın abidəsinin açılışı olub. Abidənin qoyulması etirazlara səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti