Bakı. Trend:
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi rayonunda “Məcburi köçkün və şəhid ailələrinin sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində mühüm yer tutur” mövzusunda regional müşavirə keçirilir.
Trend-in məlumatına görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədovun iştirak etdiyi müşavirədə YAP-ın Qarabağ bölgəsi üzrə rayon təşkilatlarının fəalları və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.