...

Bu nazirliyin tabeliyində bəzi qurumlar ləğv edilib və yeniləri yaradılıb

Siyasət Materials 7 May 2019 08:55 (UTC +04:00)
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərar qəbul edib.
Bu nazirliyin tabeliyində bəzi qurumlar ləğv edilib və yeniləri yaradılıb

Bakı. Elçin Mehdiyev - Trend:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli fərmanının 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti qərar qəbul edib.

Trend-in məlumatına görə, fərmana əsasən, Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilib. Belə ki, “Azərbaycan SSR ərazisində qoruqların, dövlət ovçuluq, meşəovçuluq təsərrüfatlarının və yasaqlıqlarının səmərəli şəbəkəsinin təşkil edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin müvafiq qərarının 1 nömrəli Əlavəsinin - “Azərbaycan SSR-də yenidən təşkili nəzərdə tutulan dövlət ovçuluq təsərrüfatlarının Siyahısı”nın 2-ci hissəsi, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə” bölməsi və “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 5-ci hissəsi ləğv edilib.

Eyni zamanda sözügedən qərarla “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 13-cü hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin yerli bölmələrinin” sözləri “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin” sözləri ilə əvəz edilib.

Bununla yanaşı, həmin fərmanla ləğv edilmiş qurumların əvəzinə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Meşələrin İnkişafı Xidmətinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Milli Hidrometeorologiya Xidmətinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və regional ekologiya və təbii sərvətlər idarələrinin adları “İnzibati orqanların Təsnifatı”na əlavə olunub, Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin adları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti