Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil

Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil

Bakı. Trend:

"Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib:

"Daimi diskussiyaların mövzularından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsidir. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Onun vasitəçilik üçün mandatı var. Qeyd etməliyəm ki, Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb.

Bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur və işğal olunmuş ərazilər, onların böyük bir hissəsi yandırılmış, dağıdılmış torpaqlar, viran qoyulmuş evlər, məktəblər, ictimai binalardır. Münaqişə nəticəsində Azərbaycan humanitar fəlakətlə üzləşib. Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən olan 700 mindən çox məcburi köçkün, üstəgəl müasir Ermənistanın ərazisindəki öz tarixi torpaqlarından qovulmuş 250 min azərbaycanlı. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. İyirmi beş ildən çoxdur ki, bu qətnamələr yerinə yetirilmir. Burada biz mühüm məsələyə - qəbul olunmuş qərarların yerinə yetirilməsinə gəlirik. BMT Təhlükəsizlik Şurası ali beynəlxalq orqandır. Əgər 25 ildən çox müddətdə Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar yerinə yetirilmirsə, onda bu, həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurur. Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ermənistanın baş naziri son vaxtlar tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. İndi deməliyəm ki, "Dağlıq Qarabağ xalqı" məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur.

Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib.

Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valday" forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə". Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.

İşğala, 1990-cı illərin əvvəlində ölkəmizdə hər səkkiz nəfərdən birinin qaçqın olduğu humanitar fəlakətə baxmayaraq, Azərbaycan böyük inkişaf və quruculuq yolu qət edib. Ölkədə oyuncaq, xalqazidd, satqın Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu müstəqilliyin ilk illəri istisna olmaqla, 26 ildir Azərbaycan sabitlik şəraitində yaşayır və burada əsas xidmət vətəndaş müharibəsinin qarşısını almış, işğalı dayandırmış, xaosun, dağıntının öhdəsindən gəlmiş və Azərbaycanı quruculuq yoluna çıxarmış Prezident Heydər Əliyevə məxsusdur. Beləliklə, 26 ildir ki, Azərbaycan xalqı sabitlik və inkişaf şəraitində yaşayır. Ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bunun göstəricilərindən biri bir neçə il əvvəl ölkəmizin 155 dövlətin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, o qədər də asan deyildi, bizim üçün 3 gün və 16 tur tələb olundu, lakin ədalət zəfər çaldı. Həmçinin qeyd etmək istərdim ki, Rusiya Federasiyası və digər 154 ölkə bizə böyük dəstək verdi".

Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Atəşkəs rejimi 78 dəfə pozulub
Atəşkəs rejimi 78 dəfə pozulub
Loading Bars
Xəbər lenti
Onlayn müsahibələrin keçirilmə tarixi açıqlanıb
Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
DİN Kənd Təsərüfatı Nazirliyi ilə birgə əməliyyat keçirir
Taxıl zəmilərindən 2,6 milyon tondan çox məhsul yığılıb (FOTO)
Bəxtiyar Əliyev: ATƏT-in Minsk qrupunun işğalçı Ermənistana təyziq etmək əvəzinə, Azərbaycana tələb irəli sürməsi həmin qrupa inamı tamamilə sarsıdıb
Sabah Bakıda güclü külək, rayonlarda dolu, leysan gözlənilir
Milli Məclisin komitə sədri: SOCAR-da optimallaşdırma ilə bağlı təhlillər aparılır
Samuxda piknik edənlər cərimələnib (FOTO)
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər
Koronavirusa yoluxan ATU-nun şöbə müdiri Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib
Koronavirus Azərbaycanda televiziya kanallarının fəaliyyətinə necə təsir edir? - SORĞU
Şabran və Siyəzəndə çəyirtkələrin kənd təsərrüfatına ziyan vurmasının qarışısı alınıb (FOTO)
Mal-qara oğurları saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Yaşayış yerini tərk edən koronavirus xəstələrinin evinə həkim briqadası göndəriləcək - RƏSMİ
120 min şəxsə elektron qaydada fərdi hesab açılıb
Xaçmazın giriş-çıxışlarında postlar quruldu, hərəkətə ciddi nəzarət başladı
Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır
Azərbaycan nefti ucuzlaşıb
Onlayn Apelyasiya komissiyasının fəaliyyəti başa çatıb
Kürdəmir sakini külli miqdarda heroin daşıyarkən yaxalandı (FOTO)
Tovuz rayonunda 1 şəhər və 4 kəndi əhatə edən yolların yenidən qurulması davam edir (FOTO)
DTX-nın həbs etdiyi XİN əməkdaşlarının şikayətləri rədd edildi
Zaqatalada hovuzda istirahət edən şəxslər cərimələndi (VİDEO)
Rusiyada daha 176 nəfər koronavirusdan öldü
Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir
Kaspersky EDR-texnologiyasına əsaslanan inteqrasiya olunmuş həllini təqdim edib
Leyla Abdullayeva: Azərbaycan XİN hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların mahiyyət üzrə aparılmasından çıxış edib
Ermənistanda koronavirusa yoluxanların sayı 30 min nəfəri keçdi
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək
Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı, 8 nəfər saxlanıldı (FOTO)
Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)
Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi
Rauf Əliyev: Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının Xüsusi Sesiyasının çağrılması ilə bağlı təşəbbüsü böyük tarixi əhəmiyyət daşıyır
Mühacirətdəki "müxalifətçi" binəsiblər yeni ağa axtarırlar - "Politşou" təqdim edir (Videolayihə)
Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi (FOTO)
Sabirabadda ana və qızını vurub öldürən sürücü həbs edildi
Azərbaycan iyunda gündəlik 553,8 min barrel xam neft hasil edib
Müdafiə nazirinin müavini vəzifəsindən azad olundu
Afət Həsənova: İqtisadi inkişafımız çətin günlərdə insanlarımızın sosial rifahının qorunmasına imkan verir (FOTO)
Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı
Füzulidə 27 yaşlı gənc küçədə qətlə yetirildi
Zoologiya İnstitutu: Çəyirtkələrə qarşı mübarizə tədbirləri may-iyunda aparılmalıdır
"Facebook" Braziliya prezidentinin köməkçiləri ilə əlaqəli səhifələri silib
Son 6 ayda Azərbaycanda neftə nisbətən qaz hasilatı 11 faizdən çox artıb
Ermənistan sutka ərzində atəşkəsi 65 dəfə pozdu
Bakı sakini küçədə bıçaqla hədələnərək qarət olundu
Bakıda yataqxana qarət olundu
Azərbaycan dövləti koronavirusla mübarizədə həyata keçirdiyi tədbirlərlə bir nümunə ortaya qoydu - Ekspert
Sağalan COVİD xəstələrinə arayış necə verilir? - RƏSMİ AÇIQLAMA
Qazaxıstanda koronavirusa yoluxanların sayı 53 min nəfəri ötüb
Xızıda yük avtomobili yanıb
Vanq Yi: Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib
Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb
Braziliyada koronavirusa daha 44 571 nəfər yoluxub
Trüdo: Kanada koronavirusla ABŞ-dan daha effektiv mübarizə aparır
Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib
"Forbes": Cef Bezosun sərvəti 180 milyard dolları keçib
Belqradda etiraz aksiyası zamanı 10 polis əməkdaşı xəsarət alıb
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Moskvada koronavirusdan daha 32 nəfər ölüb
Sumqayıtda 250 ədəd patron aşkar olunub (FOTO)
Futbol üzrə Türkiyə Kubokunun final matçının keçiriləcəyi vaxt məlum oldu
Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 168 mindən çox artıb
Türkiyə və Rusiya Baş Qərargah rəisləri arasında telefon danışığı olub
Şamaxıda çətin şəraitdə yaşayan altı ailə yeni mənzillərlə təmin olunub (FOTO)
AZAL Dubaydan çarter reysi yerinə yetirib (FOTO)
Tehran metrosunda iki qatar toqquşub
Şamaxıda qanvermə aksiyası keçirilib (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyon nəfəri ötüb
Xaçmazda birmərtəbəli ev yanıb, xəsarət alan var
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
"Şahdağ" Milli Parkının ərazisində yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 190 minə yaxınlaşır
Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb
Ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib
COVID-19 sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib (VİDEO)
AGF ilə səhər gimnastikası (VİDEO)
15 yaşında itirdiyi pul qabını 73 yaşında tapdı
Ramin Məmmədov: Azərbaycan artıq dünyada qlobal problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur
Tramp: ABŞ-da koronavirusla bağlı vəziyyət bir aya yaxşılaşacaq
"Google" "Android" üçün iki yenilənmə buraxıb
190 manat məbləğində birdəfəlik ödəmənin verildiyi ərazilərin sayı artırıldı
Baş Prokurorluq qətlə yetirilən azyaşlı Nərminlə bağlı məlumatlara münasibət bildirib
Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verib (FOTO)
Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
Təlimlərə cəlb olunan qoşunlar daimi dislokasiya məntəqələrinə qaytarılır (FOTO)
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu, 465 nəfər sağaldı, 9 nəfər öldü
Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib (FOTO)
Avstriyada daş uçqunu olub - 2 ölü
Dövlət qulluğuna qəbul üzrə təxirə salınmış müsahibələrin keçirilmə qrafiki müəyyənləşib
İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb
Nazirlik bu şəxslərə SMS bildirişlər göndərir
AzTV-nin koronavirusa yoluxmuş aparıcısı sağaldı
Bakıda “Mercedes” yanıb
Avropa Komissiyası COVID-19 üçün dərmanların tədarükü barədə iri əczaçılıq şirkətləri ilə razılığa gəlib
Yasamal bələdiyyəsinin vəzifəli əməkdaşı rüşvət alarkən saxlanıldı
Yarım ildə Gömrük Komitəsi büdcəyə 2 milyard manat köçürüb
Bütün xəbərlər