Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

Bu barədə Trend-ə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

Prezident İlham Əliyev dedi: Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.

Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz.

Əli Həsənov: Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!

Prezident İlham Əliyev: Siz buna layiqsiniz, Əli müəllim, mən bunları tam səmimi deyirəm. Əlbəttə ki, gündəlik formatda Prezidentdən daha çox tənqidi fikirlər səslənir, bu da təbiidir. Amma mən hər bir adamın, hər bir vəzifəli şəxsin fəaliyyətini obyektiv qiymətləndirirəm və sizin ünvanınıza dediyim sözlər tam həqiqətə uyğundur.

Əli Həsənov: O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir.

Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, Əli müəllim.

Bakıda "Hyundai" yanıb
Bakıda "Hyundai" yanıb
Sabirabadda traktor qoşqusu yanıb
Sabirabadda traktor qoşqusu yanıb
Bərdədə "Volkswagen" yanıb
Bərdədə "Volkswagen" yanıb
Loading Bars
Xəbər lenti
Ermənistan 1 milyon əhaliyə düşən koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cı yerdə qərarlaşıb
Bakıda "Hyundai" yanıb
İtaliyada koronavirusdan sağalanların sayı 140 mini ötüb
Rumıniyada zəlzələ baş verib
Tramp: Putin mənim yenidən prezident seçilməyimi istəmir
ABŞ koronavirus səbəbilə G7 sammitinin vaxtını dəyişdi
Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 101 mindən çox artıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
İranda zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Türkiyədə koronavirusdan sağalanların sayı 120 minə yaxınlaşır
"Şalke" doğma meydanda "Auqsburq"a məğlub oldu
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
Sabirabadda traktor qoşqusu yanıb
Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmən Prezident İlham Əliyevi təbrik edib
Leyla Abdullayeva: Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə təbriki riyakarlığın ən yüksək səviyyəsidir
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 24.05.2020 tarixli bölüm
Bərdədə "Volkswagen" yanıb
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı Ramazan Bayramı münasibətilə aztəminatlı ailələrə sovqat çatdırdı (FOTO)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Prezident İlham Əliyevi təbrik edib
Əşrəf Qani: Taliblərin həbsxanalardan azad edilməsi bərpa olunub
Honq Konq polisi 120-ə yaxın etiraz aksiyası iştirakçısını saxlayıb
Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxdu, 101 nəfər sağaldı
Bəhruz Quliyev: Artıq Azərbaycan yeni texnologiyaların mərkəzinə çevrilib
Ermənistanda daha 359 nəfər koronavirusa yoluxdu
Tacikistan dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
İranda koronavirusdan sağalanların sayı 105 mini keçib
Kamran Bayramov: Karantin qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilməlidir
Sabah şimşək çaxacaq, yağış yağacaq
İranın cənub-qərbində zəlzələ olub
Moskvada koronavirusa yoluxma halları rekord səviyyədə aşağı düşüb
Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib
Hikmət Babaoğlu: Yeni texnologiyaların istənilən sahəyə tətbiqi həmin sahənin inkişafı, istismarı və idarəsini optimallaşdırır
"İnter" futbol klubu Kavniyə 2023-cü ilə qədər müqavilə təklif edəcək
TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb (VİDEO)
Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb - FAKTİKİ HAVA
Meksika sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Azər Badamov: Dünyanın aparıcı şirkətlərinin Azərbaycanla əməkdaşlığa can atması əlverişli biznes mühitinin yaradılmasının nəticəsidir
Videokonfransda təhsil və medianın aktual movzuları müzakirə edilib (VİDEO)
Çində sutka ərzində üç yeni koronavirusa yoluxma faktı aşkar edilib
Atəşkəs 22 dəfə pozuldu
Yazgül Abdiyeva: Koronavirus haqqında yanlış məlumatlar yayan insanlarla bağlı lazımi qaydada ölçü götürülməlidir
Aventura şəhərində Respublika Günü elan olundu
BMT baş katibi Əfqanıstandakı barışığı alqışlayır
Atlantik okeanda 5.9 bal gücündə zəlzələ qeydə alınıb
"Napoli" dörd oyunçunun transferindən 200 milyon avro qazanmaq istəyir
Kanadada koronavirusa yoluxanların sayı 83,6 mini keçib
ABŞ-ın Hərbi Dəniz Qüvvələri lazer silahını sınaqdan keçiriblər (VİDEO)
Braziliyada sutka ərzində koronavirusdan minə yaxın ölüm qeydə alınıb
Krit sahillərində 5.3 bal gücündə zəlzələ baş verib
Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək
Qani silahlı strukturlara atəşkəsə riayət etməyi tapşırıb
Dünyanın ən varlı 25 adamının cəmi sərvəti iki ay ərzində 255 milyard dollar artıb
Moskvada son sutka ərzində koronavirusa 3 190 yoluxma halı qeydə alınıb
İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bakı sakinindən marixuana götürülüb
“Global message” adlı virtual sərgi keçirilib (FOTO)
Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 110 minə yaxın artıb
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
Sevil Mikayılova: Prezident İlham Əliyevin ağıllı sistemlərin tətbiqində irəliyə apardığı işlər ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ olacaq
Şimal-qərb küləyi daha da güclənib - FAKTİKİ HAVA
Türkiyədə son sutkada koronavirusdan daha 1 491 nəfər sağaldı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
“Bank müqavilələrinin müşayiəti” mövzusunda işgüzar görüş keçirilib (FOTO)
Aqrar sahədə innovasiyalar sahəsində Azərbaycan-Rusiya əməkdaşlığına dair iclas keçirilib
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başa çatıb (FOTO/VİDEO)
Nazirlər Kabineti istehsalçıların toxum təminatı ilə dəstəklənməsi məqsədilə 5 milyon manat ayırdı
AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb
Xəzərdə dalğanın hündürlüyü 3,2 metrə çatıb - FAKTİKİ HAVA
Ərdoğanla Tramp arasında telefon danışığı baş tutub
Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb
İspaniyada futbol çempionatı bərpa edilir
Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb - RƏSMİ
ASRP rəhbərliyi İmişli sakinlərinin Ramazan bayramını təbrik etdi (FOTO)
Rəşad Mahmudov: Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir
"Ramazan - Vəhdət və Mərhəmət Bayramı" adlı onlayn konfrans keçirilib
“Azəriqaz” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Binəqədi rayonunda Ramazan bayramı ərəfəsində sosial aksiya keçirildi (FOTO)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib (FOTO)
İstixanada narkotik yetişdirən Balakən sakini saxlanılıb (VİDEO)
Azərbaycanda güclü şimal-qərb küləyi əsir - FAKTİKİ HAVA
Azərbaycanda daha 127 nəfər koronavirusa yoluxdu, 107 nəfər sağaldı, 3 nəfər vəfat etdi
Portuqaliya çempionatının bərpa olunacağı tarix açıqlanıdı
"Dərs vaxtı" verilişinin mayın 25-nə olan cədvəli müəyyənləşib
İqtisadiyyat Nazirliyi bir sıra sahibkarlıq subyektlərinə müraciət edib
Dövlət başçısına yazırlar: Bu çətin günlərdə xalq-Prezident həmrəyliyi Sizin güclü lider olduğunuzun göstəricisidir
Koronavirusdan ölüm riskini azaldan preparat tapılıb
Gürcüstanda fövqəladə vəziyyətin ləğvi atəşfəşanlıqla qeyd olundu
“Azərsun Holdinq” aztəminatlı ailələrə Ramazan sovqatı hədiyyə etdi
Peşə dərslərinin mayın 25-nə olan cədvəli açıqlanıb
Vatikanda muzeylər açılır
Şəmkirdə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
Bayramı toplu halda qeyd etsək, ziyarətlər təşkil etsək, yoluxmalar daha da artacaq - Millət vəkilindən çağırış
Azərbaycanda pandemiyadan sonra turizmin bərpası mərhələli şəkildə həyata keçiriləcək
İranda daha 1 869 nəfər koronavirusa yoluxdu
Adil Əliyev seçicilərin növbəti qəbulunu keçirib (FOTO)
"Azərişıq" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Bütün xəbərlər