...

BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

Siyasət Materials 9 Dekabr 2019 12:21 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib

Bakı. Trend:

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.

Aparılan müzakirələr nəticəsində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.

BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək.

Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti