...

Sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır - Əli Əhmədov

Siyasət Materials 24 Dekabr 2019 12:19 (UTC +04:00)
Azərbaycanın 21-ci əsrdə sürətli inkişaf əldə etməsi, iqtisadiyyatın inkişafı, sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır
Sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır - Əli Əhmədov

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın bugünkü inkşafı, dünyada nüfuzunun artması, əhalinin rifah halının yüksəlməsi, iqtisadi artımı, ordumuzun güclənməsi və sadalamadığım digər naliyyətlər ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təzahürü və real ifadələridir.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partyasının (YAP) Sədr müavini - İcra katibi Baş nazirin müavini Əli Əhmədov YAP-ın təşkilatçılığı ilə keçirilən "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfransda deyib.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın 21-ci əsrdə sürətli inkişaf əldə etməsi, iqtisadiyyatın inkişafı, sosial layihələrin uğurla həyata keçirilməsi insanlarımızda gələcəklə bağlı müsbət fikirlər formalaşdırır.

Ə.Əhmədov bildirib ki, Azərbaycan vətəndaşları başa düşürlər ki, nəinki bu günümüz, gələcək inkişafımız da Heydər Əliyev siyasəti və Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti