...

Ermənistanın bütün regionu təhdid edən destruktiv siyasəti Moskvanı qane edə bilməz - Politoloq

Siyasət Materials 30 Dekabr 2019 17:36 (UTC +04:00)
Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsi zamanı bir sıra mühüm məsələlərə toxundu, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistana daha bir mesaj verdi.
Ermənistanın bütün regionu təhdid edən destruktiv siyasəti Moskvanı qane edə bilməz - Politoloq

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsi zamanı bir sıra mühüm məsələlərə toxundu, xüsusilə Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistana daha bir mesaj verdi.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulamaqla düşmən ölkəyə növbəti dəfə mesaj verdi:

“Qarabağ danışıqları baxımından 2019-cu ili uğursuz il kimi dəyərləndirməyimizə baxmayaraq, hesab edirəm ki, cənab Prezidentin Ermənistan rəhbərliyinə ünvanladığı son mesajlar nikbinlik üçün müəyyən əsaslar verir. Hər halda ölkəmiz işğal faktı ilə heç vaxt barışmayacaq. Müsahibədə ifadə olunan bəzi fikirlər bir daha təsdiq etdi ki, Azərbaycan düşmənə qarşı “hücum diplomatiyası”nı daha da genişləndirmək niyyətindədir. Bu xüsusda, Ermənistanda faşizmin qəhrəmanlaşdırılmasının ifşası xüsusi olaraq diqqəti cəlb edir. İndiki məqamda Rusiya ictimai və siyasi dairələrinin bu mövzuda məlumatlandırılması çox vacibdir”.

Siyasi ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin “Rossiya-24” telekanalına verdiyi müsahibə Rusiya-Azərbaycan münasibətlərinin cari il üzrə yekun dəyərləndirilməsi kimi başa düşülə bilər:

“Dövlətimizin başçısı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə imkan yaradacaq layihələrdən bəhs etdi. Tam əminliklə deyə bilərik ki, bu gün Rusiya-Azərbaycan münasibətləri Cənubi Qafqazdakı geosiyasi dinamikaya əhəmiyyətli təsir göstərib. Həm Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra yaranmış qeyri-müəyyən vəziyyət, həm də Gürcüstanda cərəyan edən son hadisələr Moskva ilə Bakını siyasi həmrəyliyə sövq etməkdədir.

Nəzərə almaq lazımdır ki, Ermənistanın bütün regionu təhdid edən destruktiv siyasəti Moskvanı da qane edə bilməz, çünki Cənubi Qafqazda sabitliyin təmini ən az bizim qədər Rusiya üçün də əhəmiyyətlidir. O baxımdan, Rusiya-Azərbaycan münasibətlərinin artan dinamikasını regional geosiyasi şəraitdən qaynaqlandığını da ifadə etmək olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti