...

Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib (FOTO)

Siyasət Materials 25 Aprel 2020 13:03 (UTC +04:00)
Hərbi Liseyin yaranmasının 49-cu ildönümü qeyd edilib (FOTO)

Bakı. Trend:

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bu hərbi təhsil ocağının yaranmasının 49-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər hərbi təhsil ocağının yaranma tarixi, xüsusi qəhrəmanlıqları ilə seçilən məzunları və liseydə hazırda görülən işlər barədə danışıblar.

Sonda təhsildə fərqlənən kursantlar fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti