Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir

Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir

Bakı. Trend:

"Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Mən nikbinəm, hesab edirəm ki, xalq, millət, Azərbaycan vətəndaşları -biz hamımız birlikdə bu çətinliklərin öhdəsindən gələcəyik. Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz, bundan sonra heç bir qüvvə Azərbaycanın dövlətçiliyini məhv edə bilməz" fikirləri bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlarda bir daha öz təsdiqini tapır.

Bu fikirləri Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətçilik tariximizin şanlı səhifəsidir. Xalqını, Vətənini, torpağını hər şeydən əziz tutan Ümummilli Lider bildirirdi ki, mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur:

"Dövlətinə, xalqına xidməti hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsas prinsipinə çevirən ulu öndər Heydər Əliyevin gördüyü işlərin, xidmətlərinin miqyası o qədər genişdir ki, bu barədə günlərdə, aylarla danışmaq olar. Onun fəaliyyətinin hər bir sahəsi özlüyündə bir tədqiqat mövzusudur, neçə-neçə əsərlərin yaranmasını, kitabların nəşr olunmasını şərtləndirir. Ümummilli Liderin hakimiyyətinin birinci dövründə atdığı addımlara diqqət yetirdikdə Onun gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyi özünü qabarıq şəkildə bürüzə verir. Hakimiyyətinin ikinci dövrü Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yuksəliş, hər kəsin özünü ölkəsinin layiqli vətəndaşı kimi dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunub.

Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xalqın başı üstünü almış bəlalardan millətini qorudu, ölkəmizdə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi, sivil dövlət quruculuğu yolu ilə inamla irəlilədi, vətəndaş birliyi yaradıldı.

Ümummilli Lider səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkənin təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməzliyini önə çəkərək tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasına nail oldu” söyləyən V. Rəhimzadə qeyd edib ki, bu saziş Azərbaycana böyük siyasi və iqtisadi dividendlər qazandırıb. Hazırda Azərbaycan bu möhtəşəm strategiyanın real nəticələrini görür, ölkəmiz təkmil sosial-iqtisadi islahatları ilə dünyanın ən islahatçı ölkələri sırasında yer alır".

V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin tarixi xidmətlərindən bəhs edərkən demokratik, hüquqi dövlət quruculuğu yolunda atdığı addımları xüsusi qeyd etməliyik:

"Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə bərabər, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. 1998-ci ildə Azərbaycan Şərqdə ölüm hökmünün tamamilə ləğv edilməsinə nail olan ilk ölkə olmuşdur. Dahi şəxsiyyət bildirirdi ki, respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquq və azadlıqlarının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı siçtemin bərqərar olması əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

"Bu gün haqqında geniş bəhs etdiyimiz çoxpartiyalı sistemin bünövrəsi də Ulu Öndər tərəfindən qoyulub", - söyləyən V.Rəhimzadə qeyd edib ki, bu gün ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması Ümummilli Liderin xidmətləri sırasındandır:

"YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə yaranmışdır. Həmin dövrün iqtidarının yarıtmaz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yeni qazandığı müstəqilliyini itirmək, həttə bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirmişdi. AXC-Müsavat cütlüyü özünün yarıtmaz idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini itirmişdi. Məhz belə bir vaxtda 91 nəfər ziyalının imzası ilə ulu öndər Heydər Əliyevə müraciət ünvanlandı. Həmin sənəd həqiqətdə xalqın böyük əksəriyyətinin arzu və istəklərinin ifadəsi idi. Ümummilli Lider Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diktəsi ilə meydana gələn zərurət kimi qiymətləndirərək bildirmişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.” Bu gün YAP Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində fəal iştirak edir, Azərbaycan dövlətinin qüdrətlənməsinə, xalqın sosial rifahinin yüksəlməsinə, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində düşünülmüş və məqsədyönlü siyasət həyata keçirir".

V.Rəhimzadə bildirib ki, Azərbaycan bu gün Ümummilli Liderin yaratdığı fundamental təməl üzərində ucalır, dünyanın inkişaf etmiş ölkələri sırasında addımlamağı əsas hədəf kimi qarşıya qoyur. Zəngin dövlətçilik məktəbi keçən cənab İlham Əliyev dünyada ən islahatçı dövlət rəhbəri kimi tanınır və Ona böyük etimad göstərilir. Bu gün müasir müstəqil Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Baş redaktor onu da bildirib ki, Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərin, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafına verdiyi töhfələrin miqyası genişdir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır:

"Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycannın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür".

V.Rəhimzadə vurğulayıb ki, bu gün güclü, qüdrətli Azərbaycan bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Ümummilli Lider daim qürurla bildirirdi:

“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Azərbaycan xalqı da fəxr edir ki, onun Heydər Əliyev kimi ölkəsinin gələcəyini düşünərək inkişaf strategiyasını hazırlayan tarixi şəxsiyyəti, lideri olub və bu gün həmin siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycana ən yüksək zirvələri fəth etdirir".

"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Loading Bars
Xəbər lenti
Meksika sahillərində güclü zəlzələ baş verib
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
Yanvarın 18-dək ictimai nəqliyyat işləməyəcək
Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!
Yüksəl, Yüksəl... Mən də yüksəldim, ən uca zirvəyə... Şəhidlərin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." (FOTO)
ABŞ Kubanın Daxili İşlər Nazirliyinə qarşı sanksiya tətbiq edib
Britaniyada bir gündə koronavirusdan 1 280 nəfər ölüb
İsraildə 2 milyondan artıq insan koronavirusa qarşı vaksinasiya olunub
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri ötdü
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
Ölkə Prezidentinin tapşırıqlarının icrası ədliyyə orqanlarının diqqət mərkəzindədir
Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir - Leyla Abdullayeva
Cəbrayıl uğrunda döyüşən şəhid - Elvin Məmmədov (FOTO)
Azərbaycanda pandemiya dövründə bu sahədə gəlirlər artıb
Aİİ-nin rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Kainatın ən qədim planeti aşkar edilib
İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
Ermənilər üçün ən optimal yol reallığı qəbul etməkdir - Politoloq
Şuşalılar: Prezidentimizi Şuşada görmək çox qürurvericidir - Trend TV-nin Ağdamdan reportajı
Nazir müavini Hidayət Abdullayev şəhid ailələri ilə görüşdü (FOTO)
Mühasirədə qaldıq, bir yolumuz var idi... – qazi Vüsal Qasımov (FOTO/VİDEO)
Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
"DOSTTALKS - Vətən Müharibəsi" tədbiri keçirilib (FOTO)
Coca-Cola və ASAN Könüllüləri “Bir sifariş – Bir sevinc” layihəsi çərçivəsində 1500 ailəyə dəstək oldu! Aksiya davam edir (FOTO)
“YAŞAT” Fondu ciddi fiziki travma alan qazilərimizi uğurla əməliyyat etdirib (FOTO)
Astarada meşə zolağında yanğın olub (FOTO)
Sevil Mikayılova: İslam dini abidələrinə qarşı erməni vəhşiliyi dünya birliyi tərəfindən pislənməlidir
Azərbaycan Prezidenti: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə, dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun! (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bu gecə cəmi beş saat yatmışam, çünki Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir
Prezident İlham Əliyev: Otuz il ərzində birinci dəfə Ali Baş Komandan Şuşaya gəlib, sözün düzü, Şuşadan getmək istəmir
ATƏT-in Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
Azərbaycanın bu Dövlət Komissiyası ləğv edildi
Azərbaycan Minatəmizləmə Agentliyi yaradılıb
“ASAN xidmət”də şəhid və qazi ailələri üçün xüsusi xidmət təşkil edildi
"Tez qərar qəbul etmə xüsusiyyəti PAŞA Bankın güclü tərəfidir"
Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Amnesty International” Ermənistanın beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasını gündəmə gətirməlidir - Vüqar Rəhimzadə
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə telefonla danışıb
Pandemiyadan sonra dünya əvvəlki vəziyyətinə qayıtmayacaq - BMT nümayəndəsi
Bölgələrdə 20 şəhid ailəsinə və əlilliyi olan şəxslərə yeni evlər verildi (FOTO)
UNEC-də konfrans: "Qarabağ iqtisadiyyatının dirçəlişində moda industriyası: real imkanlar və perspektivlər" (FOTO)
Güllələnmiş büstlərin Şuşaya qayıdışı möhkəm siyasi iradənin, mədəni irsimizə dərin ehtiramın təzahürüdür – Deputat
Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb
Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır - “Azəriqaz”
Vaksinasiyadan əvvəl sahə həkiminin yoxlanışından keçmək mütləqdir - İşçi qrupun üzvü
Ata yurduma ayaqyalın qayıtmağa hazıram - Böyük qayıdışı gözləyən məcburi köçkün (VİDEO)
Fizika İnstitutunun vəzifəsindən azad edilən direktoru açıqlama verdi
Niderland hökuməti istefa verir
Ağdam rayonunun Qasımlı kəndi (FOTO/VİDEO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Doğma, sevimli, əvəzolunmaz Şuşa! Tezliklə görüşənədək! (FOTO)
PAŞA Bank Visa kartınızla tibbi xidmətlərə endirim əldə edin!
Azərbaycanda 494 nəfər COVID-19-dan sağalıb, 349 nəfər yoluxub, 12 nəfər vəfat edib
Azercell-in dəstəklədiyi məktəblilərdən 2021-ci ildə ilk uğur
Şuşa səfəri qalibiyyətimizin və milli qürurumuzun növbəti təntənəsidir - Naqif Həmzəyev
“ASK Ayaqqabı Fabriki” MMC 2020-ci il üçün fəaliyyətinin nəticələrini açıqlayıb
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib - Səfir
Azərbaycanla Əfqanıstan arasında əlaqələrin perspektivləri müzakirə edilib
Bakı limanı Avropanın aparıcı limanı ilə əməkdaşlığa başlayıb
Bakıda bacısını güllələyib öldürən məmur övladının məhkəməsi başlayır
Azərbaycan və Belarus qarşıdakı ikitərəfli səfərlərin qrafikini müzakirə ediblər
Xızıda dayısını güllələyən şəxsin işi məhkəməyə göndərildi
Faktiki hava şəraiti açıqlanıb
Putin Təhlükəsizlik Şurasının iclasında Moskva görüşünü müzakirə edib
İmtahan sessiyası ilə bağlı monitorinqlərin nəticələri təhlil ediləcək - Nazirlik
Pedaqoji təcrübələr necə təşkil olunacaq?
“İnnovasiyalar Mərkəzi” 2020-ci ilin yekunları ilə bağlı hesabat verdi (FOTO)
2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması Azərbaycan mədəni irsinə göstərilən yüksək diqqətin təcəssümüdür - Deputat
Universitetlər tərəfindən onlayn kitabxanaların yaradılması vacibdir - Ekspert
Beynəlxalq maliyyə qurumları ilə koordinasiya görüşü keçirilib (FOTO)
İndoneziyada təbii fəlakətlərlə əlaqədar 15 min nəfər təxliyə edilib
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək
Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlərin qeydiyyatı aparılır
Binəqədidə qanunsuz fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsi aşkarlanıb (FOTO)
Tələbə köçürmələri zamanı bu tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər
Prezident İlham Əliyev: Son 17 ildə yetişən gənclər bu torpaqları azad etdilər
Prezident İlham Əliyevdən beynəlxalq təşkilatlara müraciət: Hesabatı burada hazırlayın, öz kabinetlərinizdə yox
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa RİH binası, Natəvan bulağı, Bülbülün ev muzeyi ilə də tanış olublar
Prezident İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək
İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı TƏKLİFLƏR var
Prezident İlham Əliyev: Bu gün Şuşaya gələrkən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm
Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
Prezident İlham Əliyev: 1992-ci ilin mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb (FOTO)
Azərbaycanda gələn həftədən Çin istehsalı olan peyvənddən istifadə olunacaq - İbrahim Məmmədov
Prezident İlham Əliyev: Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil
Prezident İlham Əliyev: Molla Pənah Vaqifin məqbərəsinin düz 39 il bundan əvvəl açılışı olmuşdur, bu yerdə mən də durmuşdum
Azərbaycan Prezidenti: Dahi şəxsiyyətlərimizin büstlərini əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar
Prezident İlham Əliyev: Məscidləri dağıdanla müsəlman ölkələrinin liderləri necə dost ola bilərlər?
Azərbaycan Prezidenti: Dedim ki, büstləri biz ancaq Şuşanı azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq
İranda 83 nəfər koronavirusdan ölüb
Qazaxıstanın yeni baş nazirinin adı açıqlanıb
AİB-in Mərkəzi və Qərbi Asiya regional departamentinə yeni baş direktor təyin olunub
Premium Visa kart sahiblərinə ödənişsiz COVID-19 testi
Prezident İlham Əliyev Şuşa şəhərindəki Saatlı məscidinə “Qurani-Şərif” hədiyyə edib
Azərbaycan Prezidenti: Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik
Prezident İlham Əliyev: Bütün təzyiqlərə, bütün telefon zənglərinə, baxmayaraq, dedim ki, sona qədər gedəcəyik
Azərbaycan Prezidenti: Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm
ADU-nun rektoru Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev: Böyük qayıdış başlayır, bütün işlərə start verildi
Bütün xəbərlər