...

Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Siyasət Materials 27 May 2020 17:17 (UTC +04:00)
Bir sıra hökumət başçıları Baş Nazir Əli Əsədova təbrik məktubu göndəriblər

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə Rusiya Federasiyasının, Gürcüstanın, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Latviya Respublikasının, Macarıstanın, Polşa Respublikasının, Serbiya Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının və Misir Ərəb Respublikasının hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.

Bu barədə Trend-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Təbrik məktublarında hökumət başçıları ölkələri ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib, ikitərəfli əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti