Bakı. Elçin Mehdiyev - Trend:
Özünü müxalifət adlandıran antimilli şuraya nə Azərbaycan xalqı, nə Azərbaycanın inkişafı maraqlıdır, əksinə koronavirus pandemiyası dövründə enerji bazarında kəskin dalğalanmaların nəticəsində neftin qiymətinin ciddi şəkildə aşağı düşməsi bunlarda sanki bir toy-bayrama çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, antimilli şuraçılar hətta çəkinmədən, utanmadan Azərbaycan neftinin qiymətinin düşməsinə görə bir-birilərini təbrik edirlər:
“Onlar buna görə sevindiklərini nümayiş etdirirdilər. Azərbaycana neftdən gələn gəlirlər insanların sosial problemlərinin həllinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlir. Eyni zamanda nə qədər çox gəlir gəlsə, ölkə o qədər inkişaf edir və Azərbaycan təkcə ölkə daxilində deyil, o cümlədən qlobal layihələrə imza atır.
Onlar öz əsl üzlərini bir daha göstərərək nə xalqın, nə müstəqilliyin onlar üçün heç bir əhəmiyyəti olmadığını nümayiş etdirdilər. Ölkə nə qədər pis vəziyyətə düşsə, Azərbaycan xalqının yaşayış səviyyəsi nə qədər pisləşsə, onlar üçün o qədər toy-bayramdır. Buna yalnız Azərbaycana düşmən kəsilmiş qüvvələr, ermənipərəstlər, ermənilər sevinc hissi keçirə bilərlər.
"Milli şura" bir daha göstərdi ki, onlar Azərbaycan xalqının pisliyini, Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin zəifləməsini istəyən ermənipərəst qüvvələrin diqtəsi altında və onların alətinə çevrilmiş bir qurum kimi fəaliyyət göstərirlər. Azərbaycan xalqı belə antimilli ünsürlərə öz nifrət hissini nümayiş etdirir. Çünki bunlar xalqımızın pis vəziyyətə düşməsini, dövlətçiliyimizin, müstəqilliyimizin çətin vəziyyətə düşməsini istəyirlər”.