...

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub (FOTO)

Siyasət Materials 23 İyul 2020 17:42 (UTC +04:00)
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub (FOTO)

Bakı. Trend:

İyulun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında müvafiq kursların dinləyicilərinin buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət himni səsləndirilib.

Mərasimdə məruzə ilə çıxış edən Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə olunan nailiyyətlərdən danışıb, Müdafiə naziri adından məzunları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti