...

Ermənistan itkilər verməkdə davam edir: Bir general və iki polkovnik

Siyasət Materials 28 Sentyabr 2020 21:23 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

Məlumatlara görə, genralla bərabır Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Bunlar Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi və polkovnik Nikolay Mikaeloviç Aykyandır.

Qeyd edək ki, Ermənistan rəsmiləri itkiləri gizlətməyə çalışır. Rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsun Ovanisyan ölü sayının 59-a çatdığını bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti