...

İran səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir

Siyasət Materials 4 Oktyabr 2020 01:05 (UTC +04:00)
İran səfirliyi Azərbaycanın mülki obyektləri, eləcə də vətəndaşlarına qarşı törədilən hücumları kəskin şəkildə pisləyir

Bakı. Trend:

Azərbaycan Respublikasının rəsmi mənbələri, o cümlədən Baş Prokurorluğun məlumatlarına əsasən, Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf şəhərdə Azərbaycan və Ermənistan tərəfləri arasında yeni toqquşma dalğası başlayan gündən etibarən, çoxlu sayda Azərbaycan vətəndaşı, o cümlədən qadınlar və uşaqlar həlak olub, yaralanıb, eləcə də xeyli sayda mülki infrastruktur və obyektlər məhv edilib. Azərbaycan Respublikasının baş prokurorluq idarəsinin məlumatına görə oktyabr ayının 3-ü səhərə qədər 19 günahsız insan öldürülüb, 63 nəfər yaralanıb, 44 mülkü obyekt və infrastruktur, eləcə də 181 ev darmadağın olunub.

İranın Azərbaycandakı Səfirliyindən Trend-ə bildirilib ki, bununla bağlı Səfirlik İnsan hüquqları və humanist Beynəlxalq hüquqa riayətin zəruriliyini vurğulayaraq, Cenevrə Konvensiyası (1949), ona əlavə olunmuş protokollar (1977) da daxil olmaqla silahlı qarşıdurmanı tənzimləyən norma, prinsip və beynəlxalq qaydaları nəzərə çatdırır. Xüsusilə mülki əhalinin himayəsinə dair IV Cenevrə Konvensiyası, günahsız insanların hüquqlarının hər növ pozulması və mülki şəxslərin öldürülməsi, yaralanması, mülki binaların və obyektlərin dağıdılaraq ziyan vurulmasını qətiyyətlə pisləyir.

Sonda həyatını itirən şəxslərin yaxınlarına baş sağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti