...

Müqavilənin bütün şərtləri Azərbaycanın tələbləri əsasında formalaşdı, Qarabağa heç bir status verilməyəcək - Deputat

Siyasət Materials 10 Noyabr 2020 04:51 (UTC +04:00)
Müqavilənin bütün şərtləri Azərbaycanın tələbləri əsasında formalaşdı, Qarabağa heç bir status verilməyəcək - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Mən xalqımızı ərazi bütövlüyümüzün bərpası münasibətilə təbrik edirəm. Çox gözəl və qürurverici anlar yaşayırıq. Bu hissləri bizə yaşadan cənab Prezident Ali Baş Komandan İlham Əliyevə, Şanlı Azərbaycan Ordusuna təşəkkür edirəm.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Biz Qarabağa qayıtdıq, xəyallarımızı gerçəkləşdirdik, biz qalib gəldik:

"Müqavilənin bütün şərtləri Azərbaycanın tələbləri əsasında formalaşdı. Qarabağa heç bir status verilməyəcək, Türkiyə sülhməramlıları da prosesə cəlb olunacaq, hətta Naxçıvanla da quru əlaqəsi yaranacaq. Bu, əslində Ermənistanın kapitulasiyaaıdır. Dünya Azərbaycanın gücünü ali baş komandanın qətiyyətini gördü, Azərbaycan Ordusu tarix yazdı, şəhidlərin qanı yerdə qalmadı. Gözün aydın Azərbaycan!!! QARABAĞ AZƏRBAYCANDIR!!!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti