...

YAP Zəngilan rayon Gənclər Birliyinin təşkilatçılığı ilə elmi konfrans keçirilib (FOTO)

Siyasət Materials 23 Dekabr 2020 19:19 (UTC +04:00)
YAP Zəngilan rayon Gənclər Birliyinin təşkilatçılığı ilə elmi konfrans keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

23 dekabr 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon Gənclər Birliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasi fəaliyyətinin uğurları və 8 noyabr Zəfər günü! Möhtəşəm parad!” mövzusunda onlayn formatda elmi konfrans keçirilib.

Gənclər Birliyindən Trend-ə bildirilib ki, konfransda Milli Məclisin deputatları - siyasi elmlər doktoru, professor - Elman Nəsirov, Vüqar İskəndərov, Ramin Məmmədov, həmçinin zəngilanlı gənc fəallar və bir sıra təşkilatların rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı Prezident İlham Əliyevin fəaliyyəti, onun güclü və müasir ordu quruculuğu sayəsində Vətən Müharibəsində böyük zəfər qazanması, müasir Azərbaycan tarixində şanlı tarix yazmış görkəmli dövlət xadimi kimi fəaliyyəti barədə müfəssəl məlumat verərək qeyd etdilər ki, Prezdentin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin özünün dediyi kimi - “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında sonsuz inam və güclü etibar qazandırdı.

İkinci Qarabağ müharibəsində isə Prezident İlham Əliyev əzmkarlığı, qətiyyətli rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmi, lazımı anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi.

Artıq bu gün tam məsuliyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun Müzəffər Ali Baş Komandanı - Prezident İlham Əliyevin Qarabağda həyata keçirdiyi Vətən Müharibəsi gələcəkdə çoxsaylı hərbi və siyasi tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti