Bakı. Samir Əli - Trend:
AXCP sədri Əli Kərimli və ətrafının uzun illərdir istər açıq, istərsə də gizli yollar vatisəsi ilə düşmən maraqlarına işləmələri dəfələrlə sübuta yetirilib. Ümumiyyətlə, Azərbaycan dövlətinin hətta ən kiçik uğuru belə, bu ünsürləri narahat edir və bunun da səbəbləri var.
Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev deyib.
Onun sözlərinə görə, hətta ümummilli və milli dəyərlər məsələlərində bu adamın, həmçinin ətrafının nə qədər ürəkbulandırıcı əməllərlə gündəmdə qalmaq hərisliklərinin şahidləri olmuşuq. Belə ki, qeyd olunduğu kimi, müxtəlif bənzər səbəblər mövcuddur və həmin səbəblərin başında dayanan ilk məqam erməni dairələrinin, eləcə də həmin dairələrin fəaliyyət göstərdikləri müxtəlif xarici təşkilatların işlərinə yaramaq, bu vasitə ilə milli maraqları satmaqdan ibarətdir: “İndi də bütün dünyanın təsdiq etdiyi, hətta ermənilərin özlərinin belə etiraf etdikləri kapitulyasiya aktı ətrafında var-gəllər edən Əli Kərimli sanki düşmənə ürək-dirək verməyə çalışır, onların dərdlərinə şərik olduğunu nümmayiş etdirir. Özü də Azərbaycan xalqının qələbə ruhu, qələbə əzmi ətrafındakı spekulyasiyaları ilə. Buna satqınlıqdan, xəyanətdən başqa heç cür ad vermək olmaz!”.
“Biz elə də uzağa getməyərək, Prezident İlham Əliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il münasibəti ilə müraciətindəki fikirlərini önə sürməklə qələbəmizə kölgə salan Əli Kərmlinin və ətrafındakı tör-töküntülərin nə qədər yanlış yolda olduqlarını sübut edə bilərik” deyən “SƏS” qəzetinin baş redaktoru qeyd edib ki, həmin müraciətdə dövlət başçımız açıq-aydın şəkildə vurğuladı ki, hərbi əməliyyatlar başa çatdıqdan, eləcə də üçtərəfli bəyannamədə əldə edilən razılaşmaya imza atıldıqdan sonra düşmən bir daha hər hansı əməllərə əl atarsa, bu əməllərin cavabı 44 gün ərzində aldığı zərbələrdən daha ağır şəkildə veriləcək, hətta elə bir zərbələrlər ki, əvvəlki düşdükləri vəziyyət onun yanında yalan olacaq:
“İndi Əli Kərimli guya özünü “ağıllı” siyasətçi kimi göstərməklə Vətən uğrunda qanlarından, canlarından keçmiş şəhidlərimizin, qazilərimizin sayəsində əldə edilmiş birmənalı qələbəyə kölgə salır, amma unudur ki, xalqın da səbri tükənməz deyil və belə davam edərsə, xalqın hiddəti qarşısında aciz qalmalı olacaq. Çünki o, bir daha təkrar edirəm, hətta Ermənistandakı çaxnaşmaları, vətəndaş müharibəsi reallığını bir kənara qoyub, düşmən ölkədə baş verən hadisələri şərh etməsi yerinə, qalib Azərbaycan dövlətinə, xalqına, qələbəsinə qarşı dil uzadır. Bu vasitə ilə erməniyə çatdırır ki, “siz tək deyilsiniz, sizin yanınızda Əli Kərimli və ətrafı var”, yəni ürək-dirək verir. Buna başqa cür şərh vermək olmaz. Hətta düşünürəm ki, Əli Kərimlinin ermənilər üçün bu qədər təlaş etməsi hüquq-mühafizə orqanlarımız tərəfindən diqqətə alınmalı, şübhəli fəaliyyəti araşdırılmalıdır. Hələ əvvəlki kiçik qələbələrimizdə - Aprel və Günnüt zəfərlərində də Ermənistan KİV-lərinin maneştlərinin bəzəyinə çevrilən bu ünsürün “Azərbaycan müxalifəti” pərdəsi altındakı fəaliyyəti birbaşa anti-xalq, anti-dövlət, anti-milli fəaliyyətdir”.
“Guya, o bilmir ki, yaxın günlərdə qardaş Türkiyənin yüksək rütbəli zabit heyəti ilə yanaşı, xüsusi hərbi birləşmələrinin bir qrupu müştərək mərkəzdə fəaliyyətə başlayacaq və həmin andan etibarən, Rusiya sülhməramlılarının öhdəliyində olan bölglələrdə nəzarət gücləndiriləcək?” deyən Bəhruz Quliyev Əli Kərimlinin limitinin tükəndiyini deyib və ona tövsiyə edib ki, müəyyən dairələr qarşısında düşmənin dəyirmanına su tökmək missiyasına son qoysun, əks halda, onun bu kimi cəfəngiyyatları hüquqi müstəvidə qiymətləndirilə bilər: “Lakin Əli Kərimli unutmamalıdır ki, xalqın da hiddəti, nifrəti tükənəndir, bu baxımdan ləkələmə, qarayaxma kampaniyalarının istiqamətini dəyişərək, düşmənə tərəf çevirməsi daha məqsədəuyğun olardı”.