...

Azərbaycan diplomatiyasının növbəti uğuru: Ermənistan mina xəritəsini verməyə məcbur edildi

Siyasət Materials 5 İyul 2021 23:00 (UTC +04:00)
Elgün Mənsimov
Elgün Mənsimov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan heç vaxt hüquqi dövlət olmayıb. Məhz bu səbəbdən qanun-qaydalara, beynəlxalq prinsiplərə əməl etməyib. Onun üçün insan faktoru da önəmsizdir. “Türkdür, ölməlidir” ideologiyası ta qədimdən erməni təfəkkürünə yeridilib. Bütün insani dəyərləri bu amal uğrunda məhv etməyə daim hazırdırlar. Ona görə bir erməninin və ya Ermənistanın türkün – Azərbaycanın lehinə işləyən hər hansı bir addımı sırf onun çarəsizliyinin, məcbur edildiyinin təzahürüdür...

Bu baxımdan, işğaldan azad olunan daha iki rayonumuzda ermənilər tərəfindən basdırılmış mina sahələrinin xəritəsinin Azərbaycana təhvil verilməsi diplomatiyamızın növbəti uğuru, eləcə də Prezident İlham Əliyevin xüsusi diplomatik məharətidir. Çünki məhz onun məcburetmə tədbirləri sayəsində bütün bunlar baş verir.

Azərbaycan Prezident İlham Əliyevin timsalında istər Ağdamda, istərsə də Füzuli və Zəngilanda basırılan minaların xəritələrini məhz məcburetmə taktikası ilə aldı. Ali Baş Komandan özü də çıxışlarının birində mina xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı demişdi ki, bunu öz xoşları ilə etməsələr, məcburən etdirəcəyik. Və bu gün biz Ermənistanın həmin məcburiyyət qarşısında necə aciz qaldığını görürük.

Şübhə yoxdur ki, bundan sonra da Ermənistan məcburiyyət daxilində Azərbaycanla bağlı müsbətyönümlü addımlar atacaq və işğaldan azad olunan digər rayonların da minalanmış sahələrinin xəritələrini ölkəmizə təhvil verəcək. Hətta bu gün “Zəngilan dəhlizi”nin açılması məsələsindən hər vəchlə yayınmağa və boyun qaçırmağa çalışan Ermənistan sabah belə bir şansının olmadığını görəcək və istəsə də, istəməsə də bu dəhlizin açılmasını təmin edəcək. Bütün regional layihələrdən kənarda qalan, nəqliyyat infrastrukturundan, ticarət əlaqələrindən məhrum edilən, ümumi inkişafdan geri qalan Ermənistan nəhayət Azərbaycanın diqtəsinə boyun əyməli olacaq. Çünki bu ölkənin strateji düşünə bilməmək kimi ciddi bir problemi var. Özü özünü biabr etməmiş hansısa addımı ata bilmir.

Qayıdaq mina məsələsinə! Ağdamda 97 min, Füzuli və Zəngilanda isə 92 min tank və piyada əleyhinə mina... Ümumilikdə, 189 min ədəd minanın xəritəsi artıq Azərbaycandadır. Bu, təbii ki, işğaldan azad olunan ərazilərdə ermənilər tərəfindən basdırılmış yüz minlərlə minanın sadəcə bir qismidir. Bununla belə, bu xəritələrin əldə edilməsi işğaldan azad olunmuş ərazilərin bərpası üçün olduqca əhəmiyyətlidir. İlk növbədə, insan itkisinin qarşısı alınacaq. Digər tərəfdən isə ən çox minalanmış ərazilər də məhz Ağdam, Füzuli və Zəngilandır. Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri də Füzulidə həyata keçirilir. Çünki Füzuli olduqca strateji əhəmiyyət kəsb edir, Qarabağa aparan bütün yol-nəqliyyat infrastrukturu bu ərazidən keçir.

Ona görə də Ağdamdan sonra məhz Füzuli və Zəngilanın minalardan daha tez təmizlənməsi bu rayonların sürətlə yenidən qurulması və o bölgədən qaçıqn və məcburi köçkün düşmüş sakinlərin öz yurd-yuvalarına qayıtması prosesini sürətləndirəcək.

Elgün Mənsimov

Twitter: @Elgun_Mensimov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti