...

Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi - Livanlı ekspert

Siyasət Materials 28 Sentyabr 2021 15:56 (UTC +04:00)
Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi - Livanlı ekspert

Bakı. Trend:

44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistana layiqli cavab verdi.

Bunu Trend-ə Beynəlxalq Hüquqşünaslar Federasiyasının idarə heyətinin üzvü, livanlı ekspert, hüquq müdafiəçisi Tarik Şandib deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində qələbə, ilk növbədə Azərbaycan hökumətinin, xalqının və ordusunun böyük zəfəri və uğurudur. Bütün dünya bilirdi ki, Ermənistan işğalçı dövlətdir və bu dövlət 30 ilə yaxın bir müddətdə Azərbaycanın tarixi ərazilərini işğal edib.

Ekspert qeyd edib ki, Azərbaycan və Türkiyənin siyasi müttəfiqliyi də zəfərin qazanılasmında ömənli olub: “Heç şübhə etmirik ki, Azərbaycan azad etdiyi tarixi ərazilərini yenidən bərpa edəcək və bu ərazilərdə sülh və əminamanlığı qoruyacaq. Uzun illər Ermənistan Azərbaycan ərazisində bir sıra dövlətlərin dəstəyi ilə terror aktları törədib, irqi və milli zəmində cinayətlərə imza atıb. Beynəlxaq ictimaiyyət və xüsusən də BMT Təhlükəsizlik Şurası Ermənistanın törətdiyi cinayətlərə son qoymalı idi, lakin təəssüf ki, bu, olmadı”.

T.Şandib əlavə edib ki, həmçinin beynəlxalq insan haqları təşkilatları Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və cinayətləri beynəlxalq məhkəməyə çıxarmalıdırlar. Qonşu dövlətlər də hər zaman haqlı olan Azərbaycana Türkiyə kimi dəstək göstərməli və ikili siyasətdən vaz keçməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti