Bakı. Trend:
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland bir sıra ikitərəfli, regional və qlobal problemləri müzakirə etmək üçün oktyabrın 11-də Moskvaya səfəredəcək.
Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Dövlət departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.
"Dövlət katibinin müavini Viktoria Nuland yüksək vəzifəli rəsmilər və digər həmsöhbətlərlə bir sıra ikitərəfli, regional və qlobal problemləri müzakirə etmək üçün oktyabrın 11-də Moskvaya (Rusiya) gedəcək", - məlumatda vurğulanıb.
Xatırladaq ki, 2019-cu ilin may ayında Rusiya Nulanda viza verməkdən imtina edib. Buna səbəb diplomatın ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab olaraq Moskvanın tərtib etdiyi "qara siyahıya" daxil olunduğu göstərilib.