...

Azərbaycan xalqı Şuşanı bərpa etmək üçün mübariz ruh və əhval-ruhiyyə ilə doludur - Viktor Yuşenko

Siyasət Materials 7 Noyabr 2021 18:54 (UTC +04:00)
Azərbaycan xalqı Şuşanı bərpa etmək üçün mübariz ruh və əhval-ruhiyyə ilə doludur - Viktor Yuşenko

Şuşa. Trend:

Azərbaycan xalqı Şuşanı bərpa etmək üçün mübariz ruh və əhval-ruhiyyə ilə doludur.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko Şuşaya səfəri zamanı deyib.

V.Yuşenko bildirib: "Dağılmış Şuşanı görmək üzücüdür - hər şey xarabalıq, kalafalıqdadır. Amma Azərbaycan xalqında dolu olduğu uyğun əhval-ruhiyyə və mübarizlik ruhu olarsa, bütün dağıntıları bərpa etmək olar".

Qeyd edək ki, 4-6 noyabr tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu keçirilib.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti