...

Moskvada Azərbaycan günləri vacib və əlamətdar hadisədir - Timur Vaynşteyn

Siyasət Materials 23 Fevral 2022 14:17 (UTC +04:00)
Moskvada Azərbaycan günləri vacib və əlamətdar hadisədir - Timur Vaynşteyn

Bakı.Trend:

Fevralın 21-dən martın 1-dək Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə silsilə tədbirlər keçirilir.

Trend-in məlumatına görə, Moskvada Azərbaycan günləri tədbirləri çərçivəsində "Gelikon-opera" teatrında "Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində" qala-konserti keçirilib.

Tanınmış teleprodüser Timur Vaynşteyn bildirib ki, Moskvada Azərbaycan günlərinin keçirilməsi vacib və əlamətdar hadisədir.

"Bu cür tədbirlərin keçirilməsi vacibdir. Çünki xalqlarımız arasında uzun illər mövcud olmuş mədəni mübadilələr bundan sonra da davam edəcək. Bu cür tədbirlərdə iştirak etmək də vacibdir", - deyə o bildirib.

T.Vaynşteyn əlavə edib ki, "Gelikon-opera" teatrının repertuarında Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi olan Leonid Vaynşteynin "Zoluşka" operası da yer alır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti