...

Fransa erməni separatizmini dəstəkləyir, öz daxilində isə separatizmə qarşı müharibə elan edir - Deputat

Siyasət Materials 18 Mart 2022 18:06 (UTC +04:00)
Fransa erməni separatizmini dəstəkləyir, öz daxilində isə separatizmə qarşı müharibə elan edir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, bu gün özlərini demokratiyanın carçısı elan edən bir çox ölkələr, o cümlədən, Fransa ikili siyasət yeridir, erməni separatizmini dəstəkləyir, öz daxilində isə separatizmə qarşı müharibə elan edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, nə zamana qədər ki, separatizmə münasibətdə ikili standartlar höküm sürəcək, bu, beynəlxalq bəlaya qalib gəlmək imkanları məhdudlaşacaq.

“Necə olar bilər ki, bir yerdə separatçı yaxşı olsun, başqa yerdə pis? Bu, mümkün deyil. Necə ola bilər ki, bir halda separatizm dəstəklənsin, Qarabağda erməni separatizminə dəstək göstərilsin, başqa bir halda, Fransada korsikalılar ayağa qalxıb müstəqillik istəyəndə separatçı adlandırılsın və ona qarşı şiddət tətbiq edilsin?!

Bu, ikili standartların birbaşa nümunəsidir və Fransanın timsalında biz bunu çox görmüşük”, - deyə deputat bildirib.

O qeyd edib ki, Fransa parlamentinin hər iki palatası Ermənistan-Azərbaycan münaqişəsinə mövqeyində açıq-aşkar separatizmi dəstəkləyən qətnamələr qəbul etdi.

“İndi necə olur ki, oxşar hadisələr, yəni separatizm dalğası Fransada baş alanda, yəni korsikalılar müstəqillik istəyəndə bu pis hesab edilir, ona qarşı şiddət tətbiq edilir? Bu hansı beynəlxalq hüquq-norma prinsipidir?! Bu nə ikili standartlardır, selektiv yanaşmadır?!”, - deyə deputat sual edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti