...

Zelenski hesab edir ki, ABŞ prezidenti Ukraynaya səfər edəcək

Siyasət Materials 18 Aprel 2022 03:23 (UTC +04:00)
Zelenski hesab edir ki, ABŞ prezidenti Ukraynaya səfər edəcək

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, ABŞ prezidenti Cozef Baydenin Ukraynaya səfəri baş tutacaq.

Trend "UNİAN"a istinadla xəbər verir ki, bunu V.Zelenski "CNN"-ə müsahibəsi zamanı Baydenin Ukraynaya mümkün səfəri haqqında sualı cavablandırarkən bildirib.

Ukrayna dövlətinin başçısı qeyd edib ki, o, amerikalı həmkarının qərarının Ukraynadakı təhlükəsizlik şəraitindən asılı olduğunu başa düşür.

"Onun gəlişi təhlükəsizlik şəraitindən asılıdır... amma mən hesab edirəm ki, o, ABŞ-ın lideridir və ona görə də hər şeyi öz gözləri ilə görmək üçün buraya gəlməlidir", - Zelenski vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti