...

Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Siyasət Materials 21 Aprel 2022 02:31 (UTC +04:00)
Türkiyə və Rusiya XİN rəhbərləri arasında telefon danışığı baş tutub

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya və Türkitənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu aralarında baş tutmuş telefon danışığı zamanı Ukraynada mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün XİN və Müdafiə Nazirliyi xətti ilə birgə addımları müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Rusiya XİN yaydığı məlumatda deyilir.

Rusiya XİN rəhbəri Türkiyəli həmkarına bildirib ki, danışıqların nəticəsi tamamilə Kiyevin Rusiya Federasiyasının qanuni tələblərini nəzərə almağa hazır olmasından asılıdır.

Tərəflər həmçinin “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Qafqazda nizamlanmaya kömək niyyətlərini təsdiqləyərək, ikitərəfli münasibətləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti