...

Ceyhun Bayramov Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Siyasət Materials 12 May 2022 10:55 (UTC +04:00)
Ceyhun Bayramov Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, C.Bayramovun səfər çərçivəsində, həmçinin bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti