...

Finlandiya İsveçlə birgə NATO-ya daxil olmaq üçün Türkiyə ilə danışıqları müsbət qiymətləndirib

Siyasət Materials 28 May 2022 02:19 (UTC +04:00)
Finlandiya İsveçlə birgə NATO-ya daxil olmaq üçün Türkiyə ilə danışıqları müsbət qiymətləndirib

Bakı. Trend:

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Helsinki və Stokholm nümayəndələrinin Finlandiya və İsveçin NATO-ya daxil olması istiqamətində Türkiyə ilə aparılan danışıqları müsbət qiymətləndirib.

Bu barədə Trend "İnrefaks"a istinadla xəbər verir.

"İsveç, Finlandiya və Türkiyə müsbət danışıqlar apardılar, müzakirələri davam etdirməyə razılaşdılar. Biz NATO-nun Türkiyənin də dəstəklədiyi açıq qapı siyasətinə arxalanırıq", - P. Haavisto ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə fikir ayrılıqlarını aradan qaldırmaq olar.

P. Haavisto iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitindən əvvəl Ankaranın səsləndirdiyi problemlərin həllində müəyyən irəliləyiş əldə etməyin vacib olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti