Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə danışıqlar aparacaq.
Trend türk mediasına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Türkiyənin şərqindəki Van şəhərində gənclərlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhlizin yaradılması layihəsinin həyata keçirilməsi olacaq.
"Gələn həftə biz Putin və Zelenski ilə danışıqlar apararaq, “taxıl dəhlizi” məsələsində hansı addımları atacağımızı müzakirə edəcəyik”, - Türkiyə lideri qeyd edib.