...

Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistandan konkret addımlar gözləyir - Nazir müavini

Siyasət Materials 17 İyun 2022 12:47 (UTC +04:00)
Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistandan konkret addımlar gözləyir - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan sülh müqaviləsinin tezliklə imzalanması üçün Ermənistandan konkret addımlar gözləyir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunan IX Qlobal Bakı Forumu zamanı deyib.

"Biz Ermənistanın sülh prosesinin irəliləməsi üçün konkret addımlar atacağını gözləyirik. Azərbaycan öz tərəfindən Ermənistana beş əsas prinsip təklif edib ki, onlara əməl etmək lazımdır", - deyə o bildirib.

Azərbaycanla Gürcüstanın münasibətləri barədə danışan nazir müavini qeyd edib ki, bu münasibətlər nümunəvidir.

"Bizim Gürcüstanla münasibətlərimiz çox yaxşı nümunədir. Son 15 il ərzində biz enerji və digər sektorlarda mühüm infrastruktur layihələri reallaşdırmışıq", - E.Məmmədov deyib.

O əlavə edib ki, sülh prosesinin sürətlənməsi bütün Cənubi Qafqaz regionunun inkişafı üçün vacibdir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti