...

İƏT Gənclər Forumu ARM direktoru gənclər arasında internetdən asılılığa həsr olunmuş tədbirdə iştirak edib (FOTO)

Siyasət Materials 1 Sentyabr 2022 12:40 (UTC +04:00)
İƏT Gənclər Forumu ARM direktoru gənclər arasında internetdən asılılığa həsr olunmuş tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Dünən Qazaxıstan Respublikasının aparıcı partiyası olan “Amanat”ın gənclər qanadı olan “Jastar Ruhı”nın (Gənclər Ruhu) təşkilatçılığı ilə “Gənclər və uşaqlar arasında internet, yutub və internet oyunlarından asılılığa qarşı tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi” beynəlxalq proqramının açılış mərasimi baş tutub. “Jastar Ruhı” gənclər qanadının rəhbəri Nurjan Jetpisbayev öz çıxışında bildirib ki, onlayn meydançasının yaradılmasının əsas məqsədi internetdən asılılıq, kiberbullinq və ludomaniya (internet oyunlarından asılılıq) ilə mübarizədə təcrübə mübadiləsinə və xarici ölkələrdə olan təcrübənin tətbiq olunmasıdır.

Tədbirin açılış mərasimində onlayn formatda çıxış edən İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov tədbirin vacibliyindən bəhs edərək bunları qeyd edib: “Gənclər arasında mobil telefonların yayılması həm də təhqir dolu mesajların, şəxsi məlumatların oğurlanması və sosial təcridə aparır ki, əvvəllər belə şeylərə az rast gəlinirdi. Kiberbullinq elektron təhlükəsizliyin əsaslarının yaradılması, cəmiyyətin maarifləndirilməsini tələb edir. Bu səbəbdən, hesab edirəm ki, biz bu məsələyə daha geniş aspektdə yanaşmalıyıq”.

Tədbirdə təbrik nitqləri ilə Yeniyetmələrə hüquqi dəstək və tədqiqatlar üzrə Pekin Mərkəzinin direktor vəzifələrini icra edən Yuy Syukun, Qazaxıstan “Vətəndaş təşəbbüslərinə dəstək Mərkəzinin” layihələrin idarə edilməsi departamentinin rəhbəri Erken Rəşidov, Tatarıstanın “Selet” Gənclər Təşkilatının media mərkəzinin rəhbəri Alsu Qaneyeva və başqaları çıxış ediblər.

Bu layihə çərçivəsində gənclər arasında internetdən asılılığı aradan qaldırmaq üçün «GalamTOP» onlayn kursları keçirilir, indiyə qədər uyğun sahələrdə 32 fokus-qrup debatları baş tutub.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Forumu ARM artıq neçə ildir ki, “Jastar Ruhı” ilə Avrasiya məkanında gənclərin inkişafına yönələn müxtəlif layihələr çərçivəsində uğurla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti