...

Əflatun Amaşov həbs edilən Əvəz Zeynallı ilə bağlı açıqlama yayıb

Siyasət Materials 12 Sentyabr 2022 15:50 (UTC +04:00)
Əflatun Amaşov həbs edilən Əvəz Zeynallı ilə bağlı açıqlama yayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mətbuat Şurası jurnalist Əvəz Zeynallının həbsi ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hazırda Şuranın fəaliyyətində gərgin dövrdür.

“Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir.

Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır. O cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq. Arzu edərdik ki, Əvəz bəy azadlığına qovuşsun.

Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır. Allah Əvəz Zeynallının qapısını açsın”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti