...

Geosiyasi proseslər - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Siyasət Materials 23 Sentyabr 2022 22:17 (UTC +04:00)
Geosiyasi proseslər - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Bakı. Trend:

Ermənistanın ən zəif halqası Qarabağ müharibəsindən sonrakı siyasi proseslərdən də aydın görünməkdədir. Milli imkanlarıyla tərs mütənasib ifrat ambisya və iddialarından qurtula bilməyən erməni siyasətçiləri istədiklərini ala bilmədikdə hətta dövlətlərinin varlığına belə borclu olduqları Rusiyadan uzaqlaşmağı, Qərbin təsir dairəsinə girməyi, Azərbaycan ordusunun zəfəriylə dəfn etdiyi erməni meyilli Minsk Qrupunu təkrar diriltməyə çalışaraq Xankəndi və ətraflnda yaşayan azsaylı ermənilərə status məsələsini gündəmə gətirməkdədirlər. Rəsmi İrəvan iqtidarı tez, ya gec bu oyunda sınaqdan keçirməyə çalışdığı bütün yolların onları əslində vəziyyətlə - tarixi həqiqətlərlə barışaraq Türkiyə və Azərbaycanla normallaşmaya apardığını, başqa alternativlərinin olmadlğını anlayacaqdır. Nə Soçi, nə də Brüssel görüşləri ölkələrin bir-birinin ərazi bütövlüklərini tanımaları zərurəti, “Zəngəzur dəhlizi, ya Laçın dəhlizi” həqiqətini dəyişdirə bilməyəcək...

Trend-in məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Geosiyasi proseslər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Fuad Çıraqov - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, Ədalət Verdiyev - hərbi ekspert, İlyas Hüseynov - STM-nin baş məsləhətçisi və Füzuli Qurbanov - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun professoru, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/_REtK8iwPww

Xəbər lenti

Xəbər lenti