...

Prezident Sadır Japarov: Qırğızıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Siyasət Materials 11 Oktyabr 2022 17:30 (UTC +04:00)
Prezident Sadır Japarov: Qırğızıstan-Azərbaycan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Bakı. Trend:

Qırğız və Azərbaycan xalqlarının dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli, etibarlı və səmimi münasibətlərə əsaslanır.

Trend xəbər verir ki, bu fikri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.

Prezident Sadır Japarov vurğulayıb ki, Azərbaycan Prezidentinin dövlət səfəri qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir.

“Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd edib. Üç aydan sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”, - deyə Qırğızıstan Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti