...

Azərbaycanın İsveçrədəki səfiri Xəzər regionunun nəqliyyat potensialına həsr olunmuş forumda iştirak edib (FOTO)

Siyasət Materials 12 Oktyabr 2022 13:18 (UTC +04:00)
Azərbaycanın İsveçrədəki səfiri Xəzər regionunun nəqliyyat potensialına həsr olunmuş forumda iştirak edib (FOTO)
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov "Böyük Xəzər regionu - Asiya və Avropa arasında enerji, logistika və ticarət axını üçün dəhliz" adlı forumda iştirak edib.

Trend-in məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

"Sürixdə Ticarət Palatasının "Böyük Xəzər regionu - Asiya və Avropa arasında enerji, logistika və ticarət axını üçün dəhliz" adlı forumunda iştirak etməkdən məmnun oldum. Fəxr edirəm ki, bütün "Power Point" təqdimatlarında Azərbaycan müasir Avrasiya əlaqəsinin mərkəzində yer alır", - səfir yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti