...

Fransa ermənipərəst mövqeyini davam etdirərək Ermənistanın maraqlarını müdafiə etməyə çalışır - RƏY

Siyasət Materials 13 Oktyabr 2022 19:36 (UTC +04:00)
Fransa ermənipərəst mövqeyini davam etdirərək Ermənistanın maraqlarını müdafiə etməyə çalışır - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa daim ermənipərəst mövqeyi ilə seçilib və bü gün də bu mövqeyini davam etdirərək post-münaqişə dövründə Ermənistanın maraqlarını müdafiə etməyə çalışır.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı vasitəçilik dövründə açıq şəkildə Ermənistanın yanında olduğunu nümayiş etdirib.

“Fransa bu müddət ərzində özünü vasitəçi kimi yox, Ermənistanın müdafiəçisi kimi aparıb və problemi Ermənistanın maraqları çərçivəsində həll etməyə çalışıb. 44 günlük Vətən müharibəsi dövründə də Fransa beynəlxalq hüququn ziddinə gedərək Ermənistanın müdafiəsinə qalxdı, işğalçı Ermənistanı günahsız ölkə kimi qələmə verməyə çalışdı. Halbuki, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə bir dəfə də olsun Azərbaycanın haqlı mövqeyini dilə gətirməyib”, - deyə deputat bildirib.

S.Hüseynova əlavə edib ki, son dövrlər Fransa yenidən fəallaşmağa başlayıb və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində rol almağa çalışır.

“Aİ Şurasının prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində Brüssel formatı çərçivəsində önəmli addlmlar atılıb. Artıq dünya ictimaiyyəti Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edir və Azərbaycanın mövqeyi ilə razılaşır. Görünür, bu vəziyyət özünü Ermənistanın müdafiəçisi qismində aparan Fransanı ciddi narahat edir və bu prosesdə özünə yer edib Ermənistanın müdafiəsinə qalxmağa can atır. Ancaq Azərbaycan xalqının artıq Fransaya heç bir inamı qalmayıb. Çünki həm 30 illik işğal dövründə, həm Vətən müharibəsi zamanı, həm də post-münaqişə dövründə Azərbaycan xalqı Fransanın Azərbaycana qarşı haqsız ittihamlar səsləndirməsinin və ermənipərəst mövqe tutmasının şahidi olub.

Sual olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədri olduğu müddətdə Fransa hər hansı bir ədalətli mövqe səpkiləyibmi, vasitəçi kimi öz missiyasını yerinə yetiribmi? Birmənalı olaraq yox! Fransa hər zaman birtərəfli münasibət bəsləyib”, - deyə deputat əlavə edib.

S.Hüseynova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 30 il ərzində kağız üzərində qalmış BMT qətnamələri icra olundu və Minsk Qrupu da tarixin arxivinə göndərildi.

“Bu gün hər hansı bir vasitəçiyə ehtiyac yoxdur. Bunlar artıq tarixin arxivində öz "layiqli" yerlərini tutublar”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti