...

Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü ilə bağlı videotəbrik paylaşıb

Siyasət Materials 18 Oktyabr 2022 11:00 (UTC +04:00)
Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü ilə bağlı videotəbrik paylaşıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı videotəbrik paylaşıb.

Trend-in məlumatına görə, video bu gün səfirin "Twitter" səhifəsində yerləşdirilib.

"Bu gün Azərbaycan tarixində həqiqətən də əlamətdar gündür. Azərbaycan 31 il əvvəl öz müstəqilliyini bərpa edib. Bu gözəl ölkə 70 il SSRİ hakimiyyəti altında yaşayıb, amma buna baxmayaraq öz mədəniyyəti və dəyərlərini qoruyub", - səfir deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən bəri Böyük Britaniya Azərbaycanın yanında olub.

"Son 30 il ərzində biz mədəniyyət, iqtisadiyyat, ətraf mühit, təhsil, enerji kimi müxtəlif sahələrdə əməkdaşlıq etmişik. Bu əməkdaşlıq ildən-ilə genişlənir, ölkələrimiz və xalqlarımız arasında dostluq isə daha da möhkəmlənir. Mən Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm", - F.Ould bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti