...

Ərdoğan Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 18 Oktyabr 2022 20:39 (UTC +04:00)
Ərdoğan Müstəqilliyin Bərpası Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı bu gün rəsmi tvitter hesabında paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Can dostumuz, qardaşımız, tale ortağımız Azərbaycanın 18 oktyabr - Müstəqilliyin Bərpası Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarıma ölkəm və xalqım adından salam və sevgilərimi çatdırıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti