...

Elə adam var ki, eyni anda 5 partiyanın üzvüdür - Elşən Musayev

Siyasət Materials 24 Oktyabr 2022 12:09 (UTC +04:00)
Elə adam var ki, eyni anda 5 partiyanın üzvüdür - Elşən Musayev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Partiyaların nə qədər üzvünün olduğunu bu qanundan sonra görəcəyik. Bunu nəyə görə deyirəm. Bəzi adamlar var ki, cibində bir neçə partiyanın vəsiqəsi var.

Trend-in məlumaına görə, bunu Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zaman deyib.

O qeyd edib ki, elə adam var ki, eyni anda 5 partiyanın üzvüdür.

“Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Həmin adamları YAP-ın tədbirində, həm də Müsavatın tədbrində görürük. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”, - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti