Bakı. Trend:
İsveçrə şirkətləri erməni işğalı dövründə dağıdılmış Azərbaycan şəhərlərinin baş planlarının hazırlanmasında iştirak edir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov bu gün Cenevrədə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan şəhərlərinin bərpası layihələrində İsveçrə şirkətlərinin iştirakını görmək xoşdur, belə ki, bu ərazilərin landşaftı İsveçrə Alp dağlarının landaşftına oxşayır.
Səfir əlavə edib ki, tezliklə Azərbaycan-İsveçrə hökumətlərarası komissiyasının növbəti iclası planlaşdırılır.
"Bu tədbirin dekabrda Cenevrədə keçirilməsi gözlənilir. Həmçinin, biznes forumun təşkil olunması planlaşdırılır. Əsas məqsədimiz Azərbaycanla İsveçrənin kiçik və orta biznesləria arasında əməkdaşlığın möhkəmləndirilməsidir", - deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)