Bakı. Trend:
Ermənistan işğal dövründə Azərbaycan şəhərlərini tamamilə dağıdıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı nizamlanma prosesi gündəmdə olan məsələdir.
"Çox aktual məsələlər var, danışıqlarda irəliləyiş lazımdır", - deyə F.İsgəndərov bildirib.
Azərbaycan ərazilərinin işğalı dövründə Ermənistanın vurduğu ziyandan danışaraq, səfir qeyd edib ki, hazırda məhkəmə iddiasının qaldırılması hazırlanır:
"Ermənistana qarşı təzminatların ödənilməsi tələbi ilə cinayət işi açıla bilər".