Bakı. Trend:
Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Ermənistanın Bərdə şəhərinə raket hücumunun ikinci ildönümü ilə əlaqədar bəyanatında deyilir.
"İki il əvvəl, oktyabrın 27-dən 28-ə keçən gecə Ermənistan atəşkəs rejimini pozaraq Bərdəni kasetli bombalarla atəşə tutub. Bu, ikinci Qarabağ müharibəsi dövründə mülkiyə əhaliyə qarşı ən ölümcül hücum olub. Hücum nəticəsində 27 nəfər, o cümlədən 2 yaşlı qız həlak olub, 70-dən çox şəxs yaralanıb. Müharibə cinayətləri törətmiş Ermənistanın cəzasızlığına son qoyulmalıdır", - bəyanatda deyilir.